Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

►"Yüzminlərlə insan əmək müqaviləsi olmadan çalışır"

Dövlət Statistika Komitəsinin açıqladığı və bu ilin sentyabrınadək olan dönəmi əks etdirən rəqəmlərə görə, ölkə iqtisadiyyatında muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 509,8 min nəfərdir.

Onlardan 880 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Özəl sektorda muzdla işləyənlərin sayı dövlət sektorundan 250.2 min nəfər azdır.

Buna da bax: Türkiyə Suriya sərhəddində naməlum təyyarə vurub

Leqallaşmayan əmək

İqtisadçı ekspert Rəşad Həsənov özəl sektorda işləyənlərin nisbi azlığını belə əsaslandırır:

“Birincisi, bu gün də yüzminlərlə insan əmək müqaviləsi olmadan çalışır. Düzdür, son zamanlar əmək bazarının qanuniləşdirilməsi istiqamətində səylər artırılıb. Amma yaranmış mənzərə onu deməyə əsas verir ki, hələlik, illleqal əmək bazarı üstün mövqeyini qorumaqdadır. İkincisi, ölkə üzrə məşğul əhalinin 37 faizi kənd təsərüfatında çalışır. Bu insanların əsas fəaliyyət sahəsi ailə təsərrüfatçılığıdır ki, burda da hər hansı rəsmiləşdirmədən söhbət gedə bilməz. Bazar iqtisadiyyatına keçiddən bəri vətəndaşların bir qismi sahibkar kimi fəaliyyətə başlayıb. Onlar da bu siyahıya daxil edilmir. Məhz bu kimi səbəblər hazırda müşahidə etdiyimiz mənzərəni yaradıb”.

XS
SM
MD
LG