Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:49

Muhammad Ali İslam qaydası ilə dəfn edilir


Məhəmməd Əlinin cənazəsi dəfn mərasiminə gətirilir
Məhəmməd Əlinin cənazəsi dəfn mərasiminə gətirilir

-

Boks əfsanəsi Məhəmməd Əli ilə ABŞ-ın Kentukki ştatının Lüisvil şəhərində keçirilən vida mərasimində təqribən 14000 insan iştirak edir.

Mərasimin təşkilatçıları bildiriblər ki, cənazə duasında hamı iştirak edə bilər, ancaq bu, ilk növbədə müsəlmanların bu dini icmanın qəhrəmanı sayılan insanla vidalaşması üçün bir imkandır.

Amerika müsəlmanları ümid edilər ki, bu mərasim son vaxtlar ağır hücumlara məruz qalan İslamın Amerika həyatının bir hissəsi olduğunu vurğulamağa imkan verəcək.

Ötən cümə günü 74 yaşında vəfat edən Ali 1961-ci ildə qaradərililərin separatçı dini hərəkatı olan İslam Millətinə (Nation of Islam) qoşulub. Sonradan o İslamı qəbul edib və bu dinin dünyada nüfuzlu təmsilçisinə çevrilib. O həmçinin digər müsəlmanlar üçün ilham mənbəyi olub.

Dəfn mərasiminin ardınca, cümə günü dinlərarası anım mərasimi keçiriləcək. Bu mərasimdə bir neçə dini icmanın nümayəndələri, o cümlədən yəhudilər və xristianlar da iştirak edəcək. Müsəlman təşkilatçılar bütün ABŞ boyu məscidlərin bu həftə Ali üçün dua oxumasını xahiş ediblər.

Son aylar ərzində, xüsusən Parisdə və San Bernardinodakı terror hücumlarından sonra ABŞ-da məscidlər və müsəlmanlar çoxsaylı təhqir və təzyiqlərlə üzləşiblər. Antimüsəlman ritorikası ABŞ prezident seçkilərinin də əsas mövzularından birinə çevrilib. Muhammad Alinin anım mərasimlərinin təşkilatçıları bildirirlər ki, bu mərasimlərin siyasi olmasını nəzərdə tutmayıblar. Ancaq bir çox müsəlman liderləri bu mərasimləri dinin müsbət tərəflərini ictimaiyyətə çatdırmaq üçün fürsət kimi baxıblar.

Müsəlmanlar dünyasını dəyişmiş insanları bu qədər gec dəfn etmirlər.

Ancaq yerli adətlərə uyğun olaraq müəyyən güzəştlərə imkan verilir. Ali kimi ictimai fiqurların dəfni zamanı isə mərasimin təşkili və qonaqların mərasimə gəlib yetişməsi üçün müəyyən müddət gözləməyə icazə verilir. Dünyasını Arizonada dəyişmiş dünya şöhrətli boksçunun Lüisvilə gətirilməsi üçün vaxt lazım olub.

Alinin nəşi İslam adəti ilə yuyulub, kəfənlənib.

Mərasimdə Alinin nəşi tabutda üzü Məkkəyə tərəf qoyulub.

Əvvəlcədən planlaşdırılıb ki, mərasimdə dörd dəfə "Allahu Əkbər" ("Allah ən böyükdür") deyilsin və fatihə, digər dualar oxunsun.

Türkiyə prezidenti Ərdoğan da mərasimə qatılıb.
Türkiyə prezidenti Ərdoğan da mərasimə qatılıb.

XS
SM
MD
LG