Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:10

Afrikada 30 ildən çox prezident olanlar


 Jose Eduardo dos Santos
Jose Eduardo dos Santos

Anqola prezidenti Jose Eduardo dos Santos gələn ilki prezident seçkilərində iştirak etməmək qərarını verib.

Bu, Afrika üçün nadir hadisədir. Dos Santos 37 ildir ki,ölkə başçısıdır.

Afrikada on illərlə hakimiyətdə olanlar var. Hətta Dos Santos bu sahədə lder deyil.

30 İLDƏN ÇOX HAKİMİYYƏTDƏ OLANLAR

Neft ölkəsi Ekvatorial Qvineyanın lideri Obiang 1979-cu il avqustun 3-dən hakimiyyətdədir. Obiang o vaxt öz doğma dayısıı Francisco Macias Nguemanı devirib, hakimiyyətə gəldi. Nguema isə öldürüldü.

Dos Santos Angolada hakimiyyətə Obiangdan ay yarım gec gəlib- 1979-cu il sentyabrın 21-də.

Zimbabvedə 92 yaşlı Mugabe 1980-ci ildən hakimiyyətdədir.

Kamerunda Paul Biya 34 ildir ki, ölkə başçısıdır.

Konqo prezidenti Nguesso 32 ildir ki, prezidentlik edir. O, 1979-1992-ci illərdə və 1997-ci ildə vətəndaş müharibəsi qurtarandan bəri ölkə prezidentidir.

Uqandada Museveni 1986-cı ildən hakimiyyətdədir.

HAKİMİYYƏTDƏ 20 İLDƏN ÇOX OLANLAR

Sudanda Omar al-Bashir 1989-cu ildə çevriliş edib, hakimiyyətə gəldi. O 27 ildir ki, prezidentdir.

Çad lideri Deby 1990-cı ildən hakimiyyətdədir.

Eritrea lideri Afeverki 1993-cü ildən prezidentdir.

Qambiya lideri Jammeh 22 ildir ki, ölkəyə başçılıq edir. Ancaq o, dekabrın 1-dəki seçkidə müxalifətdən olan Adama Barrova uduzdu və dekabrın 2-də uduzduğunu etiraf etdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG