Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

-

Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat artırır.

APA-nın xəbərinə görə, bu, «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanuna dəyişikliklər layihəsində əksini tapıb.

Qanun layihəsində bu il üçün müdafiə xərcləri 2 mlrd. 229 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 2 mlrd. 114 mln. manatı müdafiə, 108 mln. 895 min manatı isə milli təhlükəsizlik qüvvələrinin payına düşür. Daha 2 mln. 422 min manat müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara, 3 mln. 22 min manatı isə başqa xərclərə ayrılacaq.

2016-cı ilin təsdiqlənən büdcəsində cari il üçün müdafiə xərcləri 1 mlrd. 838 mln. manat səviyyəsində proqnozlaşdırılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG