Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Teleradio Şurasından ANS-ə yenidən əzələ nümayişi


MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli

MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli

►Qərarlar qüvvədə saxlandı

Milli Televiziya və Radio Şurası müxtəlif vaxtlarda ANS-lə bağlı qəbul etdiyi 26 qərarına yenidən baxıb. Şura əvvəlki qərarlarını qüvvədə saxlayıb.

Bu haqda Şuranın aparat rəhbəri Toğrul Məmmədov APA-ya məlumat verib .

ANS Teleradio Şurasının onlarla bağlı qəbul etdiyi qərarları 2015-ci ilin noyabrında məhkəmə qaydasında mübahisəyə çıxarmışdı. Son 10 gündə Səbail məhkəməsi ANS-in 10-dan artıq iddiasını təmin etmiş, MTRŞ-nin üzərinə qərarlarına yenidən baxmaq vəzifəsi qoymuşdu.

T.Məmmədovun sözlərinə görə, Səbail məhkəməsi prossesual qaydaya müvafiq olaraq hesab edib ki, MTRŞ kollegial orqan kimi bu işə baxa bilməz^

“Məhkəmə belə əsas gətirmişdi ki, işə Şura sədri təkbaşına baxmalıdır. Faktla bağlı mübahisə yox idi. Əsas irad bu idi. Buna uyğun olaraq da köhnə qərar ləğv edilib. Şura sədri tərəfindən tək başına işə baxılıb və cərimələr olduğu kimi qüvvədə saxlanılıb” - deyə Teleradio Şurası təmsilçisi bildirib.

ANS Teleradio şurasının son qərarını şərh etməyib.

MTRŞ 2014-15ci illərdə ANS barəsində 26-dan çox qərar qəbul edib. Həmin qərarlar üzrə telekanal 161 000 manatdan çox cərimələnib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG