Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:59

Trend agentliyi həbs olunan MTN əməkdaşlarının adlarını açıqlayıb.

Agentliyin apardığı sraşdırma nəticəsində məlum olub ki, bunlar MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və Mərkəzin digər iki əməkdaşıdır.

Amma həmin 2 nəfərin adları çəkilmir.

Qeyd edək ki, Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinə qarşı səlahiyyətlərindən sui-istifadə və digər qanun pozuntuları ilə bağlı cinayət işi açıb, istintaq-əməliyyat qrupu yaradılıb.

Baş Prokurorluğun məlumatına görə, keçirilən istintaq-əməliyyat tədbirləri zamanı nazirliyin bir qrup əməkdaşının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və mənafelərinin pozulmasına əsaslı şübhələr aşkar edilib.

Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittihamla barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir neçə gün əvvəl prezident İlham Əliyev Milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG