Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:07

Məhkəməyə xərəkdə gətirilən 'MTN polkovniki'


İllüstrasiya
İllüstrasiya

►"Xahiş edirəm ki, məni bu işdən çıxarın, başıma oyun açdılar"

Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan Məlahət Əsgərzadənin işinə baxılır.

O, məhkəməyə xərəkdə gətirilib-aparılır. Avqustun 25-də keçirilən məhkəmə iclasında da bu vəziyyətdə idi.

“DEYİB, HƏLL ELƏYƏCƏM”

Ucar sakini olan Məlahət Əsgərzadə özünü "MTN polkovniki" kimi təqdim edib, müxtəlif adamların işini düzəltmək adıyla onlardan pul alıb qaytarmamaqda təqsirləndirilir.

Məlahət Əsgərzadə həbs olunmamışdan az əvvəl yol qəzasına düşüb və nəticədə hərəkət qabiliyyətini itirib.

Buna da bax: 'Deputatın qardaşı qızı' 32 min dolları qaytarmır

Məhkəmədə bu iş üzrə zərərçəkmiş qismində tanınan adamlar dindirilir. Onlardan biri də Ucarda taksi sürücüsü kimi fəaliyyət göstərən İlqar Süleymanovdur.

Deyir ki, Ucarda Azər Ağayev adlı tanışından 2 min 850 dollarını neçə il idi ki, ala bilmirdi. Məlahət Əsgərzadə ona deyib ki, istənilən problemini həll eləyə bilər:

"Ona belə bir problemimin olduğunu dedim. Söz verdi ki, “həll eləyəcəm. Məndən Azərin telefon nömrəsini aldı".

Buna da bax: Memar-dizayner məhbəsdən yazır: «MTN-də 300 min manat istədilər»

2 MİN 800 DOLLAR BPRCA GÖRƏ 23 MİNİNİ ALIB

İ.Süleymanovun dediyinə görə, sonradan eşidib ki, "polkovnik" xanım Azər Ağayevdən 23 min manat alıb. O pulun 2 min 800 dolları İ.Süleymanova verilməliydi. Amma bir qəpik də verilməyib.

İfadəsinin sonunda İ.Süleymanovun məhkəməyə belə bir müraciəti olub:

"Mən fəhlə adamam, günəmuzd işləyirəm. Heç Azərdən də pulumu istəmirəm. Amma pulumu yeyənlərə halal da eləmirəm, Allaha tapşırıram. Gedib-gəlməkdən yorulmuşam. Polisə, məhkəməyə nə qədər getmək olar? Xahiş edirəm ki, məni bu işdən çıxarın, başıma oyun açdılar".

Taksi sürücüsü olan Şahin Balayev də deyir ki, Məlahət Əsgərzadəni bir neçə dəfə Ucardan Göyçaya aparıb, ona özünü "MTN əməkdaşı" kimi özünü təqdim edib: "Onu formada da görmüşəm..."

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG