Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:27

-

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin barələrində həbs qətimkan tədbiri seçilmiş 7 əməkdaşının adları açıqlanıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bunlar MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə,sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr və digər qanun pozuntularında ittiham olunurlar.

Saxlanılan şəxslər artıq Bakı istintaq Təcridxanasına köçürülüblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzadlıqRadiosunun A-Live TV programı Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlər haqda

Günün bütün mövzuları

XS
SM
MD
LG