Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:30

MTN-də 5 vəzifəli şəxsi də həbs etdilər


Azərbaycan Milli Təhlükəsialik Nazirliyi

Azərbaycan Milli Təhlükəsialik Nazirliyi

►Milli Təhlükəsizlik Nazirliyinin daha 5 vəzifəli şəxsi istintaqa cəlb edilib.

Trend-in məlumatına görə, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Akif Çovdarovun həbsindən sonra həmin idarənin əməkdaşları - idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov, idarə rəisi polkovnik Rəsul Rəsulov, idarə rəisinin müavini polkovnik Alı Nəbiyev və idarə rəisinin müavini polkovnik-leytenant Elxan Ömərov istintaqa cəlb olunublar.

Qeyd edək ki, bundan əvvəl həmin İdarənin əməkdaşları - şöbə rəisinin müavini Orxan Osmanov və idarə rəisi Akif Əliyev barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG