Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

MSK cəmi 16 şikayət aldığını deyir


Arxiv fotosu: MSK sədri Məzahir Pənahov mətbuat konfransında

Arxiv fotosu: MSK sədri Məzahir Pənahov mətbuat konfransında

.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı indiqə qədər 16 şikayət aldıqlarını deyir. Komissiya sədri həmçinin əlavə edib ki, telefonla verilən məlumatların araşdırılması düzgün deyil.

Buna da bax: AŞPA müşahidəçiləri: “Demokratik seçkiyə doğru addım hesab edə bilmirik”

Bu barədə MSK-nın noyabrın 6-da keçirilən toplantısında məlumat verilib. APA informasiya agentliyi xəbər verir ki, həmin iclasda 107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Zaur Hacıyevin şikayətinə baxılıb. Ancaq komissiya üzvləri şikayətin əsassız olduğu barədə qərar qəbul ediblər.

Müxalifət partiyalarının əksəriyyətinin boykot etdiyi bu seçkidə bəzi müstəqil ictimai fəal şəxslər iştirak ediblər. Onların da çoxu ciddi qanun pozuntuları barədə şikayətlərini MSK-ya göndərdiklərini deyirlər.

Buna da bax: AŞPA: «Səslərin sayılmasında nöqsanlar olub, amma…»

Qanunverciliyə MSK səsvermədən sonrakı ən çoxu 20 gün ərzində bütün nəticələri və şikayətləri yoxlayıb qərar verməli, sonra da yekun protokolları təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Konstitusiya Məhkəməsinin təsdiqindən sonra parlament yeni tərkibdə fəaliyyətə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG