Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

-

Mərkəzi Seçki Komissiyası ( MSK) avqustun 4-də ölkə üzrə 124 dairə seçki komissiyasının tərkibinin yenidən formalaşdırılması haqda qərar qəbul edib.

90 saylı Ağdaş seçki dairəsinin tərkibi iyunda parlamentə təkrar seçkilər zamanı yenidən formalaşdırılıb.

Turan-ın xəbərinə görə, ali seçki qurumunun toplantısında 26 sentyabrda keçiriləcək referendumla əlaqədar gərəkli qərarlar verilib. Referendum komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası və sayı təsdiqlənib.

Gələn həftədən bülletenlərin çapına başlanacaq

MSK üzvləri həmçinin, səsvermə bülletenlərinin mətni, forması, sayı, hazırlanma qaydaları və səsvermənin yeri, vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması barədə qərarlar qəbul ediblər.

İclasda bildirilib ki, gələn həftədən etibarən bülletenlərin çapına başlanılacaq.

Toplantıda qeyd edilib ki, MSK Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüralar hazırlayıb. Həmin broşurların bütün seçicilərə çatdırılması nəzərdə tutulur.

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçirəcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG