Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

MSK referendumun nəticələrini açıqlamağa hazırlaşır


MSK sədri Məzahir Pənahov

MSK sədri Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 11-də Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçirilən referendumun yekun nəticələrini açıqlayacaq.

MSK-dan Report-a bildiriblər ki, oktyabrın 11-də referenduma yekun vurulacaq. Nəticələr rəsmi bildiriş formasında elan ediləcək.

Buna da bax:​ Referendum bitməmiş nəticələri dərsliyə necə düşüb?

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəqəmlərə görə, seçicilərin təqribən 70 faizi referendumda iştirak edib. Onlar təklif edilən əlavə və dəyişiklikləri böyük çoxluqla müdafiə ediblər.

Müxalifət qüvvələri referendumda total saxtakarlıqların baş verdiyini bildirir. Ancaq MSK qeyd edir ki, referendum azad və ədalətli keçib.

Buna da bax:​ Referendumun nəticələrinin ləğvi istənilir

Referendumla Konstitusiyaya bir sıra, hələ də, müzakirə olunan dəyişikliklər edilib. Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG