Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

Mosul üzərinə hücum əməliyyatı başlandı


Mosul şəhərinin İslam Dövləti adlanan təşkilatın cihadçılarından geri alınması məqsədilə böyük hücum əməliyyatına başlanıb.

Bu barədə bəyanatı İraqın baş naziri Haider al-Abadi verib.

Artıq çoxdan gözlənən bu hücum əməliyyatında kürd peşmərgələr, İraq hökumət qoşunları və ABŞ-ın İD-ə qarşı koalisiyası iştirak edirlər.

İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.

BMT xəbərdarlıq edib ki, böyük hücum əməliyyatı 1, 2 milyonluq əhali üçün humanitar fəlakətlə nəticələnə bilər.

Xəbər verilir ki, Mosul İŞİD-in İraqdakı son istehkamıdır. Təhlilçilər deyirlər ki, İslam Dövləti adlı təşkilatın bu döyüşdə məğlub edilməsi onun İraqdakı varlığına birdəfəlik son qoyacaq.

AP agentliyi xəbər verir ki, hücum əməliyyatı barədə bəyanat verildikdən az sonra şəhərin həndəvərlərində nizamsız top səsləri eşidilməyə başlayıb.

Dövlət televiziyası ilə verdiyi bəyanatında baş nazir Abadi deyib ki, “Qələbə saatı gəlib çatıb, inşaallah Mosulda görüşüb qələbəni qeyd edəcəyik”.

Cənab Abadi əmin edib ki, sünnilərin yaşadığı Mosul şəhərinə yalnız sünni hökumət əsgərləri daxil olacaqlar. Bundan əvvəl Mosulun azad edilməsi əməliyyatının məzhəblərarası qarşıdurmaya çevrilə biləcəyindən narahatlıq ifadə edilmişdi.

Briqada generalı Haider Fadhil AP xəbər agentliyinə deyib ki, Mosul üzərinə hücumda 25 min hərbçi iştirak edir.

Koalisiyanın İraqdakı elçisi Brett McGurk Tvitterdə yazıb: “Fəxr edirik ki, bu tarixi əməliyyatda sizinlə çiyin-çiyinəyik”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG