Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Mosulda özünü “İslam Dövləti” adlandıran yaraqlılar 1600 sakini girov götürüb və onlardanhavadan bombardman zamanı canlı sədd kimi istifadə edir.

Bunu BMT-nin xəbər mərkəzi bildirib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bildirir ki, yaraqlılar Mosulda hava hücumlarından özlərini qorumaq üçün mülki şəxsləri girov götürüb. Qurumun açıqlamasına görə, kürd, şiə icmalarından 400-ə yaxın qadın əsir alınıb.

Bildirilir ki, Mosul ətrafında yerləşən Qadjalıda 180 adam öldürülüb. BMT hesab edir ki, terrorçular Mosulun özündə 200-ə yaxın adam öldürüblər.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının mətbuat xidmətinin rəhbəri Ravin Shamdasan-ın sözlərinə görə, yaraqlılar girovları cəzalandırmaqda davam edirlər. Onun sözlərinə görə, yaraqlılar 9-10 yaşlı uşaqların arasında güclü təbliğat aparır və onlardan Mosuldakı döyüşlərdə istifadə edir.

BMT onu da bildirir ki, yaraqlılar bəzi ailələri Suriyaya göndərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG