Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:53

Norveç Krım ssenarisinin qarşısını necə almaq istəyir?


A new cold war: US Marines' wintry war games on Norway-Russia border
A new cold war: US Marines' wintry war games on Norway-Russia border

ABŞ dəniz piyadalarıyla dolu tank qütb dairəsindən xeyli şimalda yerləşən soyuq meşəyə daxil olur, kimə məxsusluğu bilinməyən dronlar – pilotsuz qurğular havada uçuşur, şaxtalı hava sarımtıl və yaşıl tüstüyə bürünür.

Dəniz piyadaları içərisində Norveç əsgərləri olan bunkeri hədəfə alıblar. Onlar irəlilədikcə, atəş səsləri də ətrafa yayılır.

Əlbəttə, bütün bunlar təlimin bir hissəsi olan rol oyunudur, manevrdir. Ancaq günümüzün gerçəkləri fonunda - NATO-nun Rusiya ilə ən şimal sərhədində baş verir.

Buna da bax:​ ABŞ-ın dəniz piyadaları sığınacağa baş çəkib

ABŞ-ın 300-dək dəniz piyadası…

Yanvardan başlayaraq, ABŞ-ın 300-dək dəniz piyadası Norveçdə daimi “lövbər salacaq”.

ABŞ hərbçiləri sərhəddən min kilometr aralıda yerləşdirilsə də, yeraltı mağaralarda "öncədən quraşdırılmış" tankların və silah anbarlarının hazır vəziyyətə gətirilməsi üçün ilboyu çalışacaqlar.

Ancaq ABŞ və Norveç elə indidən qütb dairəsindən şimalda birgə təlimlər keçirir və "Abrams" tanklarını əvvəl olduqları yerdən daha da şimala köçürürlər.

Buna da bax: ABŞ Rusiya ilə sərhədə qoşun yerləşdirir

Onlar ciddi izlənirlər: Birgə manevrlər zamanı Norveç polisi, azı, 10 dəfə mənşəyi bilinməyən dronların ərazini müşahidə etdiyini qeydə alıb.

Norveç ordusunun sözçüsü Ole Johan Skogmo deyib ki, indi bu dronların baş verənlərlə maraqlanan yerli sakinlərə, yoxsa xarici dövlətlərə aid olub-olmaması araşdırılır.

Bütün bu əməliyyatların tək səbəbi Ukraynadır.

Buna da bax:​ ABŞ-la Ukrayna hərbi təlimlərin aktiv mərhələsinə başlayıblar

Norveçin təhlükəsizlik rəsmisi bildirib ki…

Norveçin adının çəkilməsini istəməyən təhlükəsizlik rəsmisi CNN-ə bildirib ki, Rusiyanın Krım və Şərqi Ukraynadakı fəaliyyətindən sonra bu ölkənin yaratdığı təhlükə artmaqdadır:

"Söhbət hibrid toqquşmadan gedir. Bu, demokratiyanın mahiyyətinin suallı qoyan, sosial mediaya çıxışı ehtiva edən, müharibə astanasında olan toqquşmadır".

Təhlükəsizlik rəsmisi ardından "Bu, 5-ci maddədən yan keçməklə aparılan müharibədir" sözlərini də söyləyib. Söhbət NATO-nun kollektiv təhlükəsizliyə dair əsas prinsipindən gedir. 5-ci maddədə bildirilir ki, NATO-nun bir üzvünə hücum bütün NATO müttəfiqlərinə hücum deməkdir.

Burada vaxtaşırı rus əsgərləri də görünür. "Bəli, olur. Biz onları, sadəcə, salamlayırıq", - sərhədçilərdən biri belə deyir.

Buna da bax:​ Viсtoria Nuland: «Hadisələr Krım ssenarisi üzrə inkişaf edir

Norveçin 2 strategiyası var

Krım ssenarisinin qarşısını almaq üçün Norveçdə iki strategiya var:

Birincisi, bu ərazidə mütləq silahlarla təchiz edilən hərbi maşınlar olmalıdır. Yaşıl geyimli adamlar peyda olanda bu maşınlar onların önünü kəsəcək və qarşı tərəfin də silahlı maşınlarının ortaya çıxmasına səbəb olacaq. Beləcə, Rusiya, Şərqi Ukraynada olduğu kimi, münaqişəyə qatıldığını dana bilməyəcək və hücum edən qüvvələrin arxasında məhz hansı dövlətin dayandığı aydınlaşacaq.

İkincisi, ərazidə ABŞ dəniz piyadalarının olmasıdır. Bu, Norveç torpaqlarına hər hansı müdaxilənin, özü-özlüyündə, ABŞ-ın döyüşlərə qoşulması demək olduğunu göstərmək üçündür.

Get-gedə artan bu təhlükənin Vaşinqtonda bu vaxtadək presedenti olmayan siyasi qeyri-müəyyənlik şəraitinə təsadüf etdiyini gözardı etmək olmaz.

Buna da bax:​ BMT ABŞ-ın hücumlarını araşdırır

“Trump söylədiklərini gerçəkləşdirsə…”

ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trump seçki dövründə "köhnəlmiş" adlandırdığı NATO alyansının mahiyyətinə yenidən baxmağa söz verib. Bu isə Norveçdə əsəblərin əməlli-başlı gərilməsinə yol açıb.

Kollektiv Təhlükəsizlik Sazişinin 5-ci Maddəsi alyansın hər hansı bir üzvünün ehtiyacı yarandığı halda ABŞ-ın hərbi dəstəyinə təminat verir. Ancaq Trump seçki kampaniyası dövründə bildirib ki, bu saziş Amerikaya "çox baha başa gəlir". O, alyansdan geri çəkilmək barədə düşünəcəyinə də eyham vurub. Bu isə Avropanın şərq sərhədlərindəki müttəfiqləri hücum təhlükəsi qarşısında müdafiəsiz qoymaq deməkdir.

"Bir il əvvəl Amerikanın 5-ci maddəyə sadiqliyinə heç bir şübhəmiz yox idi. ABŞ bizim ən önəmli müttəfiqimiz olub və elə də qalacaq", - Norveç rəsmisinin CNN-ə söylədiyi sözlərdir.

Buna da bax: ABŞ ordusunda çəyirtkə boyda dronlar- [Video]

O, əlavə edib ki, “cənab Trump-ın siyasəti onun seçkiöncəsi ritorikası ilə üst-üstə düşsə, Amerika xarici siyasətində uzun zamandan bəri davam edən bir ənənə pozulacaq… O özünün seçki kampaniyasında dediklərini gerçəkləşdirəcəksə, ABŞ-ın xarici ölkələrlə münasibətlərini dəyişdirib, yeni təhlükəsizlik modeli yaradacaq".

“Trump haqlıdır”

Norveç rəsmisi bildirib ki, NATO-nun xərclərinin əksər hissəsini ABŞ-ın ödədiyini deyən Trump haqlıdır. Müttəfiqlər öz ÜDM-lərinin azı 2%-ni müdafiəyə ayırmalıdırlar. Ancaq yalnız beş dövlət, ABŞ, Yunanıstan, Böyük Britaniya, Estoniya və Polşa bu tələbə cavab verir.

NATO statistikasına görə, ötən il Birləşmiş Ştatların müdafiə xərcləri təxminən 650 milyard dollar olub. Bu, digər 27 NATO üzvünün birgə xərclərindən iki dəfədən çox məbləğ deməkdir.

Buna da bax:​ ABŞ Moldovaya 200-dək hərbçi göndərib

Ancaq Rusiyanın dirçəldiyi indiki dövr 60 ildən çox mövcud olmuş alyansdan geri çəkilmək üçün olduqca pis vaxt sayıla bilər.

Norveç rəsmisinin sözlərinə görə, son iki ildə "biz Moskvanın get-gedə daha çox strateji mesajlar göndərdiyinin şahidi olmuşuq".

O, 2014-cü ildə Ukraynaya müdaxiləsindən bəri Rusiya təyyarələrinin Norveç sahillərində uçuşlarını şiddətləndirdiyini deyərək fikrini belə tamamlayıb: "Sualtı qayıqların aktivliyi Soyuq Savaş dönəmindən bəri görünməmiş həddə çatıb".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG