Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:15

Moskva bankında “girovçu” öldürülüb


Moscow bank
Moscow bank

Rusiya mediası “Moskva Kredit Bankı”nın binasında adamları girov götürmüş şəxsin xüsusi qüvvələrin binaya hücumunun gedişində öldürüldüyünü xəbər verir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, Moskva şəhərinin şərqindəki banklardan birində adamları girov götürmüş şəxs, xüsusi qüvvələrin binaya hücumunun gedişində öldürülüb.

Bank işçilərindən heç birinə xətər dəyməyib. Xəbər verilir ki, silahlı şəxs partladıcı qurğunu işə salmaq istəyərkən öldürülüb.

TASS xəbər verir ki, silahlını binaya danışıqçı adı ilə gəlmiş xüsusi təyinatlı güllələyib.

İntefax və RBK bildirirlər ki, bankın yerləşdiyi yaşayın binasının sakinləri evakuasiya ediliblər.

Lakin İnterfax-ın məlumatına görə bankın binasında partladıcı qurğu tapılmayıb.Girovçunun geyimində də parladıcı maddə izləri aşkar edilməyib.

RBK xəbər verir ki, onun üstündə yalnız partladıcı qurğunun yalançı maketi olub.

İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.

Bundan əvvəl Rusiya mediası “Moskva Kredit Bankı”nın binasında atəş səsləri eşidildiyini xəbər verirdi.

Daha sonra daxil olan xəbərlərdə deyilirdi ki, Pervomayskaya küçəsindəki banka daxil olan silahlı şəxs ona 4, 7 milyon rubl (63, 4 min avro) və daha 13 min avro verilməsini tələb edib.

Bundan imtina edildiyi təqdirdə, həmin şəxs binanı partladacağı ilə hədələyirmiş.

Polis xəbər verirdi ki, kassir istisna olunmaqla bankın bütün işçiləri binadan sağ-salamat çıxarılıb. Kassirin hələ də zirehli seyfdə qaldığı xəbər verilmişdi.

İnreterfax xəbər verir ki, bank işçiləri silahlı şəxs oraya daxil olan kimi ayaqlarının altındakı məxfi çağırış düyməsini basıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG