Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:43

Əfqanıstanda molla 6 yaşlı qızla evləndiyinə görə həbs edilib


Əfqanıstanda bəy və gəlin - 2008. Foto arxiv
Əfqanıstanda bəy və gəlin - 2008. Foto arxiv

Əfqanıstan polisi iyulun 27-də 6 yaşlı uşaqla evləndiyinə görə bir mollanı həbs edib. Mollanın özü bunu nikah adlandırır, amma uşağın valideynləri qızlarının oğurlandığını deyirlər.

UŞAQ EVLİLİYİ QANUNİDİR?

Yaşı 50-ni keçən Sayed Mohammad Karim Əfqanıstanın mərkəzində yerləşən Ğor əyalətinin bir kəndində molladır. O bu həftə azyaşlı uşağı oğurlamaq və onunla evlənmək ittihamı ilə həbs edilib.

Bu olay Əfqanıstanda azyaşlı evliliklər və onların qanuniliyi məsələsini gündəmə gətirib.

Karim qızı valideynlərindən «hədiyyə» kimi aldığını iddia edir. Karim-in dini davamçıları olan valideynlərsə qızlarının evdən oğurlandığında israrlıdırlar.

Əfqanıstanın mülki qanununa görə, qızlar 16 yaşından başlayaraq ərə gedə bilərlər. Ancaq ölkə konstitusiyası şəriət qanunlarını da tanıyır. Məhz bu uyuşmazlıq uşaq evliliklərinə yol açır.

Əfqanıstanda şəriət qanunlarının təfsiri qızların uşaq yaşlarında evli olmasına icazə verir, ancaq cinsi yetişkənliyə çatandan sonra gəlinə evliliyə son qoymaq imkanı da yaradır.

6 yaşlı qızla evlənən molla

6 yaşlı qızla evlənən molla
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

«QIZ MƏNƏ HƏDİYYƏ VERİLİB»

Ölkə konstitusiyasındakı bəzi liberal və demokratik elementlər çox vaxt elə əsas qanunun özündə əksini tapan bu müddəayla uzlaşmır: «Heç bir qanun müqəddəs İslam dininin inanc və müddəalarına zidd gedə bilməz».

Karim deyir ki, «Qız mənə hədiyyə verilib. Biz evləndik ki, mən onu böyüdə bilim».

19 yaşında qızı daş-qalaq edib öldürdülər

19 yaşında qızı daş-qalaq edib öldürdülər
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Əfqanıstanda dini və ictimai normaların tələbinə görə, qızlar yalnız evli olarlarsa, ailə üzvü olmayan kişi ilə yaşaya bilərlər. Bu ölkədə övladlığa götürmə təcrübəsinə tək-tək hallarda rast gəlinir.

«Valideynlər qızlarını mənə verəndən sonra dedilər ki, onu istədiyim yerə apara bilərəm. Mən də qızı bacım oğluna verdim ki, qayğısına qalsın, ancaq o, bir həftədən sonra qızı geri qaytardı...», - Karim belə deyir.

Uşağın valideynlərinin niyə onu hədiyyə vermək qərarına gəldiyi haqqında Kərimheç nə demir.

«ALLAHA XOŞ GETSİN DEYƏ...»

Əfqanıstanın kənd yerlərində Allaha xoş getsin deyə, insanların din adamlarına pul, mal-qara və torpaq bağışlaması adi haldır. Amma uşaqlarını da din adamlarına verənlər tapılır.

Molla Karim onu da deyir ki, «nikah Ramazan ayında 30-40 nəfərin iştirakıyla keçirilib». O, «gəlin»in valideynlərinin də mərasimə qatıldığını söyləyir.

Mollanın dediklərini qızın valideynləri qətiyyətlə rədd edirlər. Elə polisə də onlar üz tutublar.

Əfqanıstanda Quran yandırdığı deyilən qadın döyülərək öldürülüb

Əfqanıstanda Quran yandırdığı deyilən qadın döyülərək öldürülüb- [video]
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Karim deyir ki, o, 6 yaşlı qızla - Bibi ilə cinsi əlaqəyə girməyib. Yerli həkim də bu iddianı təsdiqləyib:

HƏKİM DEYİR Kİ...

«İki mamaçanın qatıldığı müayinə proseduru göstərir ki, qız heç bir fiziki, yaxud psixoloji zədə almayıb», -Firozkoh xəstəxanasının həkimi Nashafarin Shihab belə deyib.

Qadın işləri üzrə idarənin Ğordakı məmuru Masooma Anwar bu «evliliyi» «qorxunc» adlandırıb. Ancaq işin bəzi incəliklərinin qaranlıq qaldığını da vurğulayıb.

Əfqanıstan Müstəqil İnsan Hüquqları Komissiyası (AIHRC) bildirir ki, ölkədə uşaq evliliklərinin sayı artır.

ÇIXIŞ YOLU İNTİHARDIR?

AIHRC rəhbəri Sima Samar-ın sözlərinə görə, «bəzi regionlarda təhlükəsizliyin olmaması və yoxsulluq ucbatından canını qızlarından qurtarmaq istəyən ailələr onları erkən yaşlarından ərə verirlər».

«Save the Children» beynəlxalq qeyri-hökumət təşkilatının məlumatına əsasən, Əfqanıstanda yaşı 50-yə çatmayan qadınların 15 faizi 15 yaşına çatmadan ərə verilib. Qadınların, az qala, yarısı da 18 yaşını haqlamadan bu taleni yaşayıb.

İyulun 16-da Ğor əyalətində hamilə qız diri-diri yandırılıb. 14 yaşlı Zahra-nın ata-anası iddia edir ki, ərinin ailəsi işgəncə verərək, onu yandırıb. Qızcığazın ərinin valideynləri isə onun özünü yandırdığını iddia edirlər.

Əfqanıstanda bəzi qadınlar məcburi ərə verilməkdən və çox zaman qaba davranış və təhqirlərdən cana doyaraq, çıxış yolunu özlərini yandırıb öldürməkdə görür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG