Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:06

Moldovanın paytaxtı Kişinau da etiraz aksiyaları keçirilir.

Aksiyalardan biri Apellyasiya məhkəməsinin qarşısında keçirilir.

Buna səbəb Apelyasiya məhkəməsinin hazırda həbsdə olan keçmiş baş nazir Vlad Filatı azad edə bilməsi barədə məlumatlar olub.

Aksiyanı müxalifətdə olan siyasi partiyalar təşkil edib.

Keşmiş baş nazir və Avropa yönlü hakim koalisiyanın lideri Vlad Filat ötən həftə həbs edilib və öllkənin Milli Antikorrupsiya Mərkəzinə aparılıb.

O ümumilikdə 250 milyon dollar rüşvət almaqda ittiham olunur.

İddiaya görə o, bunun müqabilində Moldovanın üç böyük bankından birini, bir biznesmenin nəzarətinə verib. Sonradan bu bankdan 1, 5 milyard dollar yoxa çıxıb. Bu məbləğ Moldovoda ümumdaxili məhsulun təxminən 1/8-i deməkdir.

Aksiyaçılar gübahkarların məsuliyyətə cəlb edilməsini tələb edirlər.
Vlad Filat ittihamların siyasi motivli olduğunu deyir.

Avropapərəst hökumət faktla bağlı istintaq aparılacağını vəd etsə də istefaya getməkdən imtina edib.

Müxalifət isə buna görə parlamentdə hökumətə etimad səsverməsi keçirilməsini tələb edib və gələn həftə parlamentdə səsvermə keçiriləcək.

Müxalifət əsasən sosialist və kommunistlərdən ibarətdir və Rusiya ilə yaxın əlaqələrin tərəfdarıdır.

Vətəndaş cəmiyyəti fəallarının təşkil etdikləri digər aksiya isə Prezident Aparatının qarşısında keçirilir.

Onlar isə ümumiyyətlə ölkədə korrupsiyaya son qoyulması və Korrupsiyaya qarşı mübarizə idarəsi rəisinin istefasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG