Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Moldovoda prezident seçkisində rusiyapərəst namizədin qələbəsinə etiraz- CANLI VİDEO


 Igor Dodon

Igor Dodon

Moldovada keçirilən prezident seçkisində rusiyapərəst namizəd İqor Dodon qalib gəlir.

Səslərin 99,9 faizinin hesablanması onun 52,9, qərpərəst namizəd Maya Sandunun isə 47,71 faiz səs topladığını göstərir.

Bu barədə noyabrın 14-də MSK məlumat yayıb.

İqor Dodon prezident seçiləcəyi halda Rusiya ilə strateji tərəfdaşlığı bərpa edəcəyini vəd edib.

Maya Sandu isə Rumınya, Ukrayna və Qərblə əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır.

Kişinauda Dodonun seçilməsinə qarşı etiraz aksiyası başlayıb.

MSK-nın məlumatına görə, noyabrın 13-də keçirilən seçkidə 53,3 faiz seçici iştirak edib.

MSK xaricdə keçirilən səsvermələr zamanı qanun pozuntularına yol verildiyini bildirir.

Xüsusilə də Paris, Moskva,London və Buxarestdə.

Bu ölkələrdə bülletenlər seçki məntəqələrinin bağlanmasına biraz qalmış qurtarıb.

Nəticədə yüzlərlə adam səs verə bilməyib.

Bu pozuntuları prezidentliyə hər iki namizəd də qeyd edib.

Son illər Moldovanı qərpərəst siyasətçilər idarə edirdi.

Bu müddət ərzində ölkədə 5 baş nazir dəyişib.

3 bankdan milyard dolların yoxa çıxması ölkədə ciddi qalmaqala səbəb olub.

15 il ərzində Moldovada prezidenti ilk dəfədir ki, xalq seçir.

Bunadək prezidenti parlament seçirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG