Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:09

►2015-ci ildə «Azercell»in əməliyyat gəlirləri 22,4 milyon manat azalsa da, yenə yüksək gəlirlilik qalıb

Azərbaycanın ən çox say istifadəçisi olan mobil telekommunikasiya oteratoru – «Azercell Telekom» MMC manat dəyərsizləşəndən bəri xeyli qazanc götürə bilib.

Şirkətin maliyyə hesabatına görə, ötən il təkcə valyuta məzənnəsinin dəyişməsi sayəsində qurum 154 milyon 790 min manat irəli düşüb.

Əməliyyat gəlirləri azalsa da...

Hesabatda o da deyilir ki, 2015-ci ildə «Azercell»in əməliyyat gəlirləri 22,4 milyon manat azalsa da, yüksək gəlirlilik qalıb. Ilboyu 410,8 milyon manat gəlir götürülüb.

Xərclər (250,1 milyon manat) çıxılandan sonra 160,7 milyon manat və ya 2014-cü ildəkindən 2,3 milyon manat çox mənfəət əldə edilib.

Şirkətə həmin ildəkindən 2 dəfə çox – 64,6 milyon manat mənfəət vergisi hesablanıb.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanın birinci ailəsinin şəxsi Londondakı mülklərinin siyahısı
Rusiya səfirindən Azərbaycana satılan silahla bağlı açıqlama

____________________________________________________________

«Azercell»in 2014-cü ildə 128,5 milyon, ötən ilsə 254,1 milyon manat təmiz qazancı olub. Səhmdarlar həmin ilin nəticəsinə görə, 2015-ci ildə 130 milyon manat dividend alıblar. Bunun 10 faizi dividend vergisi olaraq dövlət büdcəsinin hesabına keçib.

Aktivlər artıb

Son iki ildə «Azercell Telekom» MMC-nin bölüşdürülməyən mənfəəti 252,6 milyon manat artaraq fantastik həddə - 724,6 milyon manata çatıb.

Şirkət ötən il şəbəkənin inkişafıma 70 milyon manatdan çox sərmayə yatırıb.

Bu ilin əvvəlinə «Azercell Telekom» MMC-nin aktivləri 18,5 faiz artaraq, 850 milyon manata yaxınlaşıb.

Şirkətin yenə tək səhmdarı var

«Azercell» şirkətinin yeganə səhmdarı Cenay Şirkətlər Qrupuna daxil olan «Azertel Telekommunikasion Yatırım Dış Ticaret A.Ş.» (Türkiyə) şirkətidir. Müstəqil jurnalist araşdırmaları bu şirkətdə Azərbaycanın hakim Əliyevlər ailəsinin çox ciddi paya sahib olduğunu üzə çıxarıb.

Hansı sahə hansı məmurun inhisarındadır... [Video]

DINLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun Radio proqramında (10 may)

Qadın döyüşçülərin Qarabağ xatirələri
Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun ölümündə doğrudanmı Mircəfər Bağırovun əli olub?

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (10 may)

Müəllimlərin maaşı yeni qayda ilə hesablanacaq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG