Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:33

TeliaSonera Azercell-dəki payını satır


TeliaSonera
TeliaSonera

-

«Azercell»də də payı olan «TeliaSonera» İsveç-Finlandiya telekommunikasiya şirkəti Avrasiya regionundan gedəcəyini bəyan edib.

«TeliaSonera» əsas biznesini Avropada cəmləşdirməyi qərara alıb. Şirkət özünün gələcək planlarını açıqlayaraq bildirib ki, postsovet ölkələrindən də getmək fikrindədirlər.

Güman olunur ki, «TeliaSonera» «Azercell»dəki payını da satışa çıxaracaq.

«Azercell» şirkətindən də «TeliaSonera»nın sözügedən bəyanatla çıxış etməsini təsdiqləyiblər. Şirkətdən verilən məlumata görə, hazırda «TeliaSonera»nın «Azercell»dəki səhmləri açıq qalıb. Belə ki, bu səhmlərin yaxın zamanlarda satışa çıxarılacağı gözlənilir. Amma hələlik səhmlərin kim və ya hansı şirkət tərəfindən alınacağı bilinmir.

«Azercell» şirkətindən o da vurğulanıb ki, bu istiqamətdə aparılacaq hər hansı bir əməliyyat abonentlərin narahatlığına səbəb olmayacaq:

«Şirkətin bağlantılarında qırılmalar, əlaqənin kəsilməsi və bu kimi digər hallar olmayacaq. Abonentlərimizə bildiririk ki, narahatlığa heç bir əsas yoxdur». – deyə «Azercell»dən bildirilib.

«Azercell Telekom» MMC 1996-cı ildə təsis edilib.

Son illərdə «TeliaSonera»nın adı Avrasiya regionunda bir sıra korrupsiya məsələlərində hallanıb.

XS
SM
MD
LG