Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:19

Sosial yardım istəyən qadının halı pisləşdi


.

Bu görüntünü "MobilReportyor" rublikasına göndərən oxucumuz yazır ki, sosial yardım almaq üçün 5 ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayaq döyüb. Deyilən bütün sənədləri toplayıb. Ona gedib bir neçə gündən sonra gəlməsini dəyəndə, reaksiyası belə olub. Oxucu yazır ki, videonu tam çəkə bilməyib. Sonradan qadın qıc olur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildirir ki, bu qadın sosial yardım almaq üçün yox, II qrup əlil qızının müalicəsi üçün nazirliyə müraciət edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib ki, Elmira Əhmədovaya qızının müalicəsi üçün bir dəfə min manat ödənib:

"Bir ay keçməmiş E.Əhmədova övladının müalicəsi üçün yenidən vəsait köçürülməsini tələb edib. Əməkdaşımız ona bildirilib ki, qızının müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq rəyi və onun müalicə olunacağı tibb müəssisəsindən hesab-faktura təqdim edildiyi halda yenidən vəsait ayrılması məsələsinə baxıla bilər. Amma o tələb olunan sənədləri tam təqdim etməyib, yəni tibb müəssisəsindən təqdim edilən hesab-fakturada tibbi xidmətin kimə göstəriləcəyi qeyd olunmayıb".

Elman Babayev deyib ki, video çəkilən gün Elmira Əhmədova yenidən nazirliyə gəlib, təcili vəsait köçürülməsini tələb edib, əsassız ittihamlarla qarışıqlıq yaratmağa çalışıb. Nazirliyin əməkdaşı onun müraciətini qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırmasına baxmayaraq, heç bir səbəb olmadan ictimai etika qaydalarına zidd formada əsəbi halda qışqırmağa, bununla nazirlik əməkdaşlarına təzyiq göstərməyə cəhd edib.

Hələki, Elmira Əhmədovanın özü ilə əlaqə saxlaya bilməmişik.

Buna da bax: Ermənistan MDB-dən Azərbaycana qarşı hərəkət istəyir

Sən də rastına çıxan maraqlı hadisələri videoya, fotoya çəkib bizə göndərə bilərsən.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

nömrəmiz (+420) 778 711 700

Çəkdiyiniz video və fotoları bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG