Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:59

-

Zəlzələni öncədən xəbərləyən pulsuz mobil proqram hazırlanıb.

«My Shake» («Mənim titrəyişim») adlanan proqramı Kaliforniyanın Berkli Universitetində çalışan araşdırıcılar hazırlayıblar.

«Android» əməliyyat sistemli cihazlar üçün hazırlanan proqram yaxınlaşan fəlakətin ilkin əlamətlərini aşkar edir. «My Shake» istifadəçini bu barədə xəbərdar edir, özünü və başqalarını qorumaq üçün hansı addımları atmalı olduğunu ona bildirir.

Əslində, mobil qurğunu seysmoqrafa çevirən proqram smartfona quraşdırılan ötürücülərdən, eləcə də saxta siqnalları həqiqi siqnallardan fərqləndirən xüsusi alqoritmlərdən yararlanır.

«My Shake» proqramının məlumatları yaxınlıqdakı çoxsaylı qurğulardan ötürülən göstəricilərə əsaslanır. Beləliklə, yanılma ehtimalı azalır və sistemə nə qədər çox istifadəçi qoşularsa, proqnozlar da bir o qədər dəqiq çıxır.

Müəlliflərinin sözlərinə görə, «Android» proqramı «GPS» sistemindən istifadə etmir, vaxtaşırı serverlərə kiçik məlumatlar paketi göndərir.

Yeraltı təkanları qeydə alan «My Shake»zəlzələnin başlaması, tarixi, baş verdiyi yer və təxmini əhatə dairəsi haqqında operativ informasiyanı dərhal mərkəzi serverə göndərir.

Minlərlə «Android» smartfonundan toplanan bilgilərə dayanan sistem zəlzələnin təsir radiusunda olan digər istifadəçiləri də fəlakətin yaxınlaşması barədə xəbərdar edir.

Proqramın iOS platformalı cihazlar üçün hazırlanması da planlaşdırılır.

XS
SM
MD
LG