Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:55

-

Fransa hökuməti bu gün - iyunun 10-da başlanacaq Avropa Futbol Çempionatı öncəsi təhlükəsizlik tədbirlərini gücləndirib.

Ölkənin Daxili İşlər Nazirliyi terroru xəbərləyən mobil proqram da hazırlatdırıb.

Artıq stadionda, onun çevrəsində və futbola baxmaq üçün açıq havada qoyulan iri ekran önündə toplaşmış azarkeşlər terror təhlükəsindən öncədən xəbərdar olacaqlar.

«SAIP» adlanan proqram təhlükə anında, GPS-dən yararlanaraq, yaxınlıqdakı istifadəçiləri aşkarlayacaq və onlara xəbərdarlıq mesajı göndərəcək. Xəbərdarlıq titrəşim səsi və qırmızı işıqla bildiriləcək.

İstifadəçilərə təhlükəsizlik qaydaları, necə davranmaları barədə təlimatlar da veriləcək.

Bütün bilgilər həm ingilis, həm də fransız dillərində veriləcək. İstifadəçi bu xəbərdarlığı sosial şəbəkədə şəxsi hesabıyla paylaşa biləcək.

Proqram pulsuz olaraq «iOS»«Android» platformalı cihaz sahiblərinin istifadəsinə verilib.

XS
SM
MD
LG