Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:53

Rəsul Quliyevin tərəfdarı da polisə aparılıb


Rəsul Quliyev
Rəsul Quliyev

Gələcək Azərbaycan Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Ağa Abdullaoğlu sentyabrın 21-də səhər saat 10:45 radələrində Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

Bu haqda Azadlıq Radiosuna Gələcək Azərbaycan Partiyasının sədri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Agasif Şakiroğlu məlumat verib.

Buna da bax:​ Saxlananlardan bir qismi hələ buraxılmayıb [yenilənir]

"Ona müxalif siyasi partiyaların təşkil etdiyi etiraz aksiyalarına qoşulmasının səbəbləri, partiyanın maliyyə mənbələri haqqında suallar veriblər".

Onun sözlərinə görə, özlərini Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçıları kimi təqdim edən şəxslər səhər Aga Abdullaoğlunun mənzilinə gəliblər. Heç bir qərar təqdim etmədən, izah vermədən onu polis idarəsinə aparıblar.

“Saat 16:30-dək onu buraxmayıblar. Bizə bir saat əvvəl “sms”lə bildirdi ki, onun izahatını alıblar. Ona müxalif siyasi partiyaların təşkil etdiyi etiraz aksiyalarına qoşulmasının səbəbləri, partiyanın maliyyə mənbələri haqqında suallar veriblər. Nə vaxt buraxılacağı bildirilmir”, A.Şakiroğlu bildirib.

Buna da bax:​ İlham Əliyev Rəsul Quliyevi 'yıxıb-sürüdü'- [Video]

Məsələyə Nəsimi Rayon Polis İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Rəsul Quliyev 1993 -1995-ci illər arası Azərbaycan parlamentinə rəhbərlik edib. Daha sonra ABŞ-a mühacirət edib. Həmin vaxt Rəsul Quliyevlə keçmiş prezident Heydər Əliyev arasında ölkənin idarəçiliyi ilə bağlı ciddi fikir ayrılığının yarandığı bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG