Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:35

Prokuror “Erdoğanı təhqir etmiş gözələ” iki il iş istədi


Merve Buyuksarac
Merve Buyuksarac

Türkiyənin keçmiş gözəllik kraliçası Merve Büyüksaraç sosial mediadakı postlarına görə iki il müddətinə azadlıqdan məhrum edilə bilıər.

Prokurorlar onun prezident Recep Tayyip Erdoğanı təhqir etdiyini iddia edirlər.

Prokuror Umut Tepe-nin tələbindən sonra belə bir qərarı İstanbulun birinci instansiya məhkəməsi qəbul etməlidir.

2006-cı ildə keçirilmiş gözəllik yarışının qalibi olmuş Büyüksaraç yanvar ayında özünün İnstagram hesabında paylaşdığı satirik şeir parçasına görə sorğu-sual edilib.

Prokurorlar Türkiyənin dövlət himninə yazılmış bu nəzirədə Erdoğanın təhqir olunduğunu iddia edirlər.

Büyüksaraçın vəkilləri isə deyirlər ki, o şeiri sadəcə olaraq paylaşıb və bu ittiham ifadə azadlığının əleyhinədir.

Hazırda dizayner kimi fəaliyyət göstərən Büyüksaraç məhkəməyə deyib ki, o, “Uykusuz” jurnalından paylaşdığı şeir parçasını dərhal öz səhifəsindən silib.

Türkiyə gözəli prezidenti təhqir etməsini inkar edir.

XS
SM
MD
LG