Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Rəhbərin rayona səfərinə görə bazarda qiymətlər endirildi


Özbəkistan regionu

Özbəkistan regionu

Özbəkistan prezidentinin vəzifələrini icra edən baş nazir Shovkat Mirziyayevin Daşkənd vilayətinin Anqren şəhərinə səfəri ərəfəsində minlərlə insan şəhərdə abadlıq işlərindən ötrü küçələrə çıxarılıb. Büdcə təşkilatlarının işçiləri, məktəb və kollec tələbələri olan bu insanlar xüsusi keşikçilərin nəzarəti altında işləməyə məcbur edilir. Mirziyayevin gəlişi ilə bağlı Anqren bazarlarında qiymətləri də süni şəkildə 20-25% endiriblər.

Adının çəkilməsini istəməyən Anqren sakinlərindən biri AzadlıqRadiosu-nun özbək xidmətinə bunları yazıb:

KÖŞKLƏR YIĞIŞDIRILIB

"Şənbə, bazar və bazar ertəsi günü iməcilik keçirdilər. Ancaq bizi hər şeydən çox qıcıqlandıran bizi konvoy nəzarəti altında işləməyə məcbur etmələri idi. Biz həbsxanaya düşmüş əsirlər kimi işləyirdik. İcra hakiminin əmrilə hamı, ən azı, 2 min adam gəldi. Vilayət rəhbəri toplaşanların qarşısında çıxış edib Mirziyayevin gəlişinə şəhəri təmizləməyin vacib olduğunu dedi. Bizə dedilər ki, heç kimin bu şərəfli işdən boyun qaçırmağa ixtiyarı yoxdur. Həmin gün hamını avtobuslara doldurub Anqren-Kokand trasının kənarlarına apardılar. Bazar günü isə iməcilik səhər 7-dən axşam 6-ya qədər davam etdi. ...Bazarlardan Paynet (elektron ödəmə sistemi) köşklərini yığışdırdılar. Bazarlar biabırçı vəziyyətdə idi. Amma indi küçələr genişlənib, hər yerə güllər əkilib..."

Buna da bax:​ Özbəkistanın yeni lideri, 'çılğın və inadkar' Shavkat Mirziyaev

Bazarda çalışanların sözlərinə görə, Mirziyayevin səfərindən əvvəl bazarın müdiriyyəti bütün mallara standart qiymətlər qoyub.

Shavkat Mirziyayev Daşkənddən Anqrenə helikopterlə gəlib.

Başqa bir Anqren sakini şəhərdə addımbaşı milis əməkdaşlarının yerləşdirildiyini bildirib.

Qısa səfəri zamanı bu ərazidə yerləşən xüsusi sənaye zonasını və istilik elektrik stansiyasını ziyarət edən Mirziyayev Anqrenin bazarına da baş çəkib.

Bazarda çalışanların sözlərinə görə, Mirziyayevin səfərindən əvvəl bazarın müdiriyyəti bütün mallara standart qiymətlər qoyub.

QİYMƏTLƏR SALINIB

Əvvəl mal əti 25 min sum (8,30 dollar) idisə, indi yazıblar ki, 20 min sumdur (6,65 dollar)

"Malların qiymətləri əvvəlkilərdən çox seçilir. Əvvəl mal əti 25 min sum (8,30 dollar) idisə, indi yazıblar ki, 20 min sumdur (6,65 dollar). Yumurta 500 suma (17 sent) idi, indi 300 sum (10 sent) yazıblar. Biz düşünürük ki, Shovkat ağa gərək bizim şəhərimizə tez-tez gəlsin", anonim danışan bir anqrenli deyir.

Buna da bax:​ Kərimovsonrası Özbəkistan...

Qeyd edək ki, bundan əvvəl də Özbəkistanda dövlət başçısının hər hansı bir regiona səfəri zamanı qiymətlərin azaldılması qeydə alınmışdı. Ancaq hər dəfə qonağın gedişindən dərhal sonra qiymətlər yenidən əvvəlki səviyyəyə qaldırılır.

Bundan əvvəl də Özbəkistanda dövlət başçısının hər hansı bir regiona səfəri zamanı qiymətlərin azaldılması qeydə alınmışdı.

"Bircə günün içində şəhərin küçələrindən köşk dükanlar yoxa çıxdı. Dükanlarda plastik kartlarla rahat mal almaq olurdu. Çox güman ki, bütün bunlar göstərişlə edilmişdi. "Başçı" gedən kimi hər şey öncəki kimi olacaq", bir anqrenli sahibkar AzadlıqRadiosu-na danışır.

OVÇULARDAN OV TÜFƏNGLƏRİ YIĞILIB

Shovkat Mirziyayevin gəlişi ilə bağlı Anqrendə təhlükəsizlik tədbirləri də gücləndirilib. Şəhəri qorumağa Daşkənddən milis əməkdaşları gətirilib.

Müstəqillik günü ərəfəsində Anqrendə yaşayan ovçulardan ov tüfəngləri yığılıb və hələ də özlərinə qaytarılmayıb.

Müstəqillik günü ərəfəsində Anqrendə yaşayan ovçulardan ov tüfəngləri yığılıb və hələ də özlərinə qaytarılmayıb.

Eyni zamanda prezidentliyə namizəd olan Shovkat Mirziyayevin Anqrenə səfəri seçkiqabağı tədbir hesab olunur.

Buna da bax:​ İslam Karimovun ölümündən sonra nələr ola bilər? - Şərhlər

Ötən həftə Özbəkistanın Liberal-Demokrat Partiyası 59 yaşlı Shovkat Mirziyayevin prezidentliyə namizədliyini irəli sürüb. Ölkədə prezident seçkiləri dekabrın 4-də keçiriləcək.

Sentyabrın 8-də Özbəkistan Senatı Konstitusiyanın 96-cı maddəsinə əsasən, baş nazir Shovkat Mirziyayevin prezidentin səlahiyyətlərinin müvəqqəti icra etməsi barədə qərar qəbul edib.

78 yaşlı keçmiş prezident İslam Karimov avqustun 28-də insult diaqnozu ilə xəstəxanaya götürülüb, sentyabrın 2-də isə vəfat edib.

XS
SM
MD
LG