Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Shavkat Mirziyaev Özbəkistan prezidentliyinə namizəd oldu


Shavkat Mirziyaev

Shavkat Mirziyaev

Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Shavkat Mirziyaevin prezidentliyə namizədliyi irəli sürülüb.

MSK sentyabrın 16-da onun dekabrın 4-də keçiriləcək seçkilərdə mübarizə aparacağını bəyan edib.

Bundan əvvəl baş nazir olan Mirziyaev seçkidə əsas favorit hesab olunur.

O, keçmiş prezident İslam Karimovun ölümündən bir neçə gün sonra-sentyabrın 8-dən prezidentin səlahiyyətlərini icra edir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə onun namizədliyi “Liberal-demokrat” partiyasından irəli sürülüb.

Bu, ölkədə ən iri siyasi partiyadır.

Həmçinin “Milli dirçəliş demokrat Partiyası” prezidentliyə öz namizədini irəli sürüb.

Sarvar Otamuradov parlamentin sədr müavinidir.

Bu partiya ölkədəki 5 hökumətpərəst partiyadan biridir.

Qeyd edək ki, Qərb heç vaxt Özbəkistanda keçirilən seçkiləri azad və ədalətli saymayıb.

78 yaşlı keçmiş prezident İslam Karimov avqustun 28-də insult diaqnozu ilə xəstəxanaya götürülüb, sentyabrın 2-də isə vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG