Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:53

Mirşahin Teleradio Şurasına qalib gəldi


Mirşahin
Mirşahin

►Telejurnalist Mirşahin Ağayevin hər iki şikayəti qismən təmin edildi

ANS-lə Milli Televiziya və Radio Şurası arasında məhkəmə çəkişmələri davam edir. Yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində ANS-in Teleradio Şurasına qarşı daha iki şikayətə baxıldı.

ANS-in baş direktoru Mirşahin Ağayev bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinə müraciət edərək, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin teleşirkətə inzibati tənbeh vermə haqqında 13 oktyabr tarixli qərarlarının (reklam haqqında qanunun pozulmasına görə ANS cərimələnmişdi – red.) ləğv olunmasını istəmişdi. Lakin Mirşahin Ağayevin bu iddialarının heç biri təmin olunmamış və qərar qüvvəsində saxlanılmışdı. Hər iki qərardan apellyasiya şikayəti verilib.

Buna da bax: Khomeininin nəvəsi seçkidən kənarlaşdırıldı

“POZUNTUNUN BAŞVERMƏ TARİXİ GÖSTƏRİLMƏYİB”

Bakı Apellyasiya Məhkəməsinə daxil olan eyni məzmunlu iki şikayətin biri hakim Qədim Babayevin, digəri isə Sahibxan Mirzəyevin icraatında idi. ANS məhkəməyə məktub göndərərək, Mirşahin Ağayevin səhhətindəki problemlərlə əlaqədar işə baxılmasının təxirə salınmasını istəyib. Lakin hakimlərin heç biri bu səbəbi məhkəmənin təxirə salınması üçün yetərli əsas hesab etmədi.

Hər iki məhkəmə prosesində ANS-i təmsil edən Ramin Əliyev çıxışında bildirdi ki, qərar verilərkən qanunvericiliyin tələbləri gözlənilməyib:

"Qanuna görə, inzibati xəta aşkar olunan kimi tədbir görülməli, protokollaşdırılmalıdır. Amma bizə yalnız Teleradio Şurasının iclasının protokolundan çıxarış təqdim olunub. İnzibati pozuntunun başvermə tarixi göstərilməyib. Birinci instansiya məhkəməsi də bunları araşdırmayıb".

Buna da bax: Ermənistan üçün İran qazını almaq müşkülə dönüb

İŞ İLKİN İNSTANSİYAYA QAYTARILDI

Teleradio Şurasının təmsilçisi Toğrul Mirzəzadə isə ANS-in şikayətlərinin ciddi dəlillərə əsaslanmadığını dedi. Onun sözlərinə görə, inzibati xətanın özü də protokollaşdırılıb:

"Biz televiziyaları məktub, faks, e-mail vasitəsilə dəvət edirik, gəlib tanış olmurlar. Sonra da şikayət yazanda bildirirlər ki, "xəbərimiz yoxdur". Həm inzibati xətanın özü, həm də iclasın protokolu var. ANS özü də inzibati xətanı mübahisələndirmir, məsuliyyət növünü mübahisələndirir".

Hakimlər isə bildirdi ki, iş materialları arasında inzibati xəta ilə bağlı protokol yoxdur.

Mirşahin Ağayevin hər iki şikayəti qismən təmin edildi - Səbayel Rayon Məhkəməsinin qərarları ləğv edildi və bu işlər bir daha ətraflı araşdırılma üçün yenidən ora qaytarıldı.

XS
SM
MD
LG