Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:08

"Gərək narkobaron olasan ki, səndə bu qədər heroin tapılsın"


Rauf Mirqədirov azadlığa buraxıldı
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Rauf Mirqədirov azadlığa buraxıldı

►"Rauf Mirqədirov: “Anam heç vaxt olmadığı qədər mənə nəzarət edir”

Təxminən iki aydır azadlığa çıxan jurnalist Rauf Mirqədirovla söhbətimiz bəlkə də bir qədər dağınıq alındı.

Elə onun ovqatı kimi. Müşahidələrini, yaşadıqlarını, hiss etdiklərini və düşündüklərini bölüşdü bizimlə.

– Necəsiniz, Rauf bəy?

– Hər halda, iki ay əvvəlkindən dəfələrlə yaxşıyam. Düzdür, səhhətimlə bağlı problemlər qalır, görmə qabiliyyətim zəifləyib, sabit deyil, oxumaq çətinləşir və s. Təzyiq yüksəkdir, qan dövranı ilə bağlı problemlərim var...

– Təkadamlıq kameradan sonra böyük dünyaya adaptasiya necə gedir?

– Bir tərəfdən, yaxşı həyata adaptasiya olunmaq daha asandır. Təkadamlıq kameradan öz yaxınlarının, dostlarının arasına qayıtmaq daha asandır. Düzdür, mən, hələlik, ailəmə qovuşa bilmirəm. Xaricə çıxışıma qadağa var, nəzarət altında olmalıyam. İki övladım və həyat yoldaşım xaricdə yaşayır. Sözsüz ki, azadlıqda olmağıma baxmayaraq, onlara qovuşa bilməmək mənə də ağırdır. Kiçik qızım 6 yaşındadır. Bu yaşda uşağın atasının azadlıqda olub onun yanına gəlməməsini anlaması çox çətindir. O uşağa bir az gözləməyin gərəkdiyini başa salmaq çox ağırdır.

– Onlar da gələ bilmirlər?

– Onlar siyasi sığınacaq alıblar və bura gəlmələri mümkün deyil.

– Azadlıqda da olsanız, qadağalar yenə var yəni...

– Ümid edək ki, tezliklə xaricə çıxmaq qadağam götürülər və balalarıma, ailəmə qovuşaram.​

– Ananız necədir? Yəqin indi sizsizliyin dadını çıxarır?

– Mənə heç vaxt olmadığı qədər nəzarət edir (gülür).Bəlkə də yeniyetmə, cavan yaşlarımda mənə bu qədər nəzarət etməyib. Çalışır ki, həmişə yanında olum, harda olmağımı bilmək istəyir, yəni anadır, 78 yaşı var... Üstəlik də son iki il onun üçün daha ağır keçib. Övladının çətin günündə ayaqda qalmaq və onun azadlığı yolunda mübarizə aparmaq asan deyildi və bütün bunlar onun səhhətinə də təsir göstərib. Bir tərəfdən, siz demiş dadını çıxarır, o biri tərəfdən əvvəlki iki ilin əziyyətini çəkir.

____________________________________________________________

Bunlara da bax:
Polisdə ölən gəncin atası: Oğlumu onlar öldürdü
Su bahalaşdı - Tarif Şurası

____________________________________________________________

– Bu durumda yazmaq çətin deyil?

– (Gülür) Bu sual mənə dəfələrlə verilir. Amma bilirsiz, mənim çörəyim jurnalistikadan çıxır. Təhsilim də bu yöndədir. Ömrümün böyük hissəsini jurnalistikaya həsr etmişəm. Yəni bacardığım da budur. Artıq başlamışam yazmağa, ikinci yazım çıxıb, üçüncünü də hazırlamışam. Daha çox Qarabağ mövzusunda yazıram, sözsüz, başqa mövzulardan da yazacam, amma daha çox Qarabağ haqqında...

– Azərbaycan toplumunda nələri müşahidə edirsiz? Nəyə təəssüflənirsiz və ya ürəyiniz açılır?

– Təəssüf doğuracaq böyük bir problem var. Azərbaycanın müstəqillik qazanmasının 25 ili tamam olur, ancaq bu müddətdə ölkə sabit inkişaf yoluna çıxa bilməyib. Həm siyasi, həm iqtisadi, həm də Qarabağ münaqişəsi ilə bağlı sabit inkişaf yoluna çıxa bilmədik. Bu, çox təəssüfdoğuran haldır. Bu acı həqiqəti dəyişməkdən ötrü işləmək lazımdır.

– Üfüqdə yaxşı bir şey görünmür?

– Yaxşı bir şey... Azadlığa çıxandan sonra bacım, bacımqızı məni teatrlara, sərgilərə aparırlar, mədəni həyata cəlb etməyə çalışırlar. Orda çoxlu gəncləri görürəm, bu, çox pozitivdir və gözlənilməzdir. Digər tərəfdən, gənclərdə fərdiyyətçilik görürəm. Onların öz dünyaları, öz dünya baxışları var. Bunun pozitiv tərəfi odur ki, fərdiyyətçilik insanı inkişafa, müəyyən zirvələrin fəthinə təhrik edir. Ancaq digər tərəfdən, fərdiyyətçilik kollektiv hüquqların qorunmasında problemlər yaradır. Azərbaycan insanı onsuz da fərdiyyətçidir, gənclərdə bu xüsusiyyətin inkişafı isə...

– Söz gənclərdən düşmüşkən, mayın 10-da iki gənc mərhum prezident Heydər Əliyevin heykəli önünə yazdıqları şüarlara görə saxlandılar. Hər halda, onların vəkili mətbuata belə açıqlama verib və hətta onlardan heykəldən üzr istəmələrinin istəndiyini bildirir, indi onlar külli miqdarda heroin saxlamaqda ittiham olunurlar.

– Başlayaq gənclərin hərəkətindən. Onların etirazının nə qədər haqlı olub-olmaması başqa məsələdir. Söhbət etirazın ifadə forması və real nəticələrindən gedirsə, mən nəticədə pozitiv bir şey görmürəm. Hə, etirazlarını bildirirlər. Amma bunu başqa şəkildə də bildirmələri mümkün idi. Nəticə nədir? Bu gün onlar həbsdədirlər. Onların addımı cəmiyyətdə nəyisə dəyişsəydi, anlayardım. Amma təəssüf ki, heç nə dəyişmir. Hakimiyyətin atdığı addımsa əndazəyə sığmır, çox qeyri-adekvatdır. Onları xuliqanlığa görə, ya başqa maddəylə, ən azı, gördükləri işə görə tutmaq olardı. Bu xoşumuza gələrdi ya yox, başqa mövzudur, ancaq mövcud qanun çərçivəsində atılmış, adekvat addım olardı. Bu iki gəncin cəmiyyətə narkobaron kimi təqdim edilməsində inandırıcılıq yoxdur. Söhbət bir neçə kiloqram heroindən gedir. Bu haqda az-çox məlumatı olan insan bilir ki, 3 kiloqram heroin əldə etmək Azərbaycan miqyasında narkobaron üçün belə böyük problemdir. Gərək beynəlxalq miqyasda narkobaron olasan ki, o miqdarda heroin əldə edəsən.

– O zaman niyə inandırıcı olmayan ittihama əl atırlar?

– Bu, aşağıların yarınmaq istəyi ilə bağlıdır, başqa heç nə.

Buna da bax: "Heydər Əliyevin heykəlindən AzTV-də üzr istə"

"Heydər Əliyevin heykəlindən AzTV-də üzr istə"
Gözlə

No media source currently available

0:00 0:15:23 0:00

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG