Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:13

Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub


Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub (FB account captures)
Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub (FB account captures)

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub.

Bu haqda ANS-in prezidenti Vahid Mustafayev xəbər paylaşıb.

V.Mustafayev Mirşahinin Ağayevin müalicə məqsədi ilə ölkəni 5 gün öncə, noyabrın 17-də tərk etdiyini qeyd edib.

“Müayinə və əməliyyat səbəbi ilə Türkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir”, yazan V.Mustafayev Mirşahin Ağayevin əməliyyatının detalları ilə bağlı açıqlama verməyib. .

“Mirşahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda belə hay-küy olmamışdi. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki?”, ANS-in prezidenti sual edib.

O, Mirşahin Ağayevin şəxsi video müraciətini da səhifəsində paylaşıb.

Buna da bax: ANS binadan çıxarılır

XATIRLATMA

ANS-in Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasından çıxarılması barədə də xəbərlər yayılıb.

Zoologiya İnstitutunun direktoru Elman Yusifov sözügedən binanın ANS-in yerləşdiyi sahələrinin Zoologiya İnstitutuna qaytarılmasına start verildiyini açıqlayıb. O deyib ki, ANS-lə yeni icarə müqaviləsi bağlanmayıb.

Milli Televiziya və Radio Şurası (MTRŞ) bu il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib.

İyulun 29-da da Bakı Apelyasiya Məhkəməsində Ülvi Mayılovun sədrlik etdiyi hakimlər kollegiyası da bu barədə qərar çıxarıb.

Buna da bax:​ Mirşahin: 'Bizi nə Fətulla, nə Mətulla maraqlandırmır' (Video)

MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

Bütün bunlar bu il iyunun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ANS-in hadisələri işıqlandırması və televiziyanın müxbirinin həmin hadisələri təşkil etməkdə günahlandırılan Fethullah Gülen-in mətbuat konfransında iştirakından sonra baş verib.

ANS rəhbərliyi isə həmin hadisələrdən sonra üzr istəsə də, məhkəmə müstəvisində bu qərarla mübarizəyə başlayıb. Ancaq ANS, hələ ki, yerli məhkəmələrdə bir-birinin ardınca uduzmaqda davam edir.

ANS 1991-ci il noyabrın 26-dan fəaliyyət göstərirdi.

Buna da bax:

Məhkəmə qərarı ANS-in müxbirini kövrəltdi
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG