Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:41

Macarıstan polisi ölkənin Avropa İttifaqı ilə yenicə bağlanmış sərhədini açmasını tələb edən miqrantları dağıtmaq üçün suatanlardan və gözyaşardıcı qazdan istifadə edib.

Macarıstan polisi ölkənin Avropa İttifaqı ilə yenicə bağlanmış sərhədini açmasını tələb edən miqrantları dağıtmaq üçün suatanlardan və gözyaşardıcı qazdan istifadə edib.

Macarıstan sərhədinə yığılmış minlərlə qaçqın Almaniyaya çata bilmək üçün Serbiya ilə sərhədin açılmasını tələb edir.

Macarıstan Avropa İttifaqına qaçqın axınının dayandırılması üçün özünün Avropa ilə sərhədini basğlayıb və Serbiya ilə sərhəd boyunca ülgüclü məftilləri olan çəpər ucaldıb.

Macarıstanın baş naziri elan edib ki, ülgüclü hasardan biri də Xorvatiya ilə sərhəd boyunca çəkiləcək.

Macarıstan polisinin qaçqınların dağıdılması əməliyyatına zirehli hərbi maşınlar dəstək verib. Qaçqınlar polisə daş və plastik su qabları atırdılar.

Serbiya hökuməti də bildirib ki, qaçqınların sərhəd xəttindən uzaqlaşdırılması üçün tədbirlər görəcək.

Macarıstan tənqid edilir

Bu arada BMT-nin baş katibi Ban Ki-moon Macarıstan-Serbiya sərhədində qaçqınlarla edilən rəftarı kəskin tənqid atəşinə tutub.

Avropa Şurası sərhəd rejimi barədə yeni qanun qəbul etmiş Macarıstandan izahat tələb edib.

Macarıstan-Serbiya sərhədi son günlərədək Yunanıstandan axışan qaçqınların Almaniyaya çatması üçün əsas tranzit rolunu oynayırdı.

Bütün Balkan yarımadasına yayılmış miqrantlar deyirlər ki, indi onlar Almaniya və Qərbi Avropaya daxil olmaq üçün başqa yollar axtarmalı olacaqlar. Onlar deyirlər ki, bu, çox güman ki, Xorvatiya və Rumıniya ərazisi olacaq.

Xorvatiya bildirib ki, Serbiya ilə sərhəddə 1990-cı illər müharibəsindən qalmış minaların təmizlənməsi üçün ekspertlər göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG