Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:42

Prezidentliyə namizədlərin ilk debatı: əsas məqamlar


Demokratların namizədi Hilary Klinton debatdan sonra respublikaçı namizəd Donald Trampın əlini sıxır
Demokratların namizədi Hilary Klinton debatdan sonra respublikaçı namizəd Donald Trampın əlini sıxır

ABŞ prezident seçkilərinin ən mühüm hadisələrində biri - iki əsas namizəd arasında ilk teledebat başa çatıb. Demokratik partiyanın namizədi Hilari Klinton və Respublikaçıların namizədi Donald Tramp Hofstra universitetində üz-üzə gəlib.

CNN telekanalının keçirdiyi və 100 milyona yaxın tamaşaçının izləyəcəyi güman edilən debat, nəticədə, namizədlərdən birinin yarışda önə keçməsinə səbəb ola bilər. Hər iki namizəd həm moderator Lester Xoltun suallarına cavab verib, həm də qarşılıqlı ittihamlarla çıxış edib.

...100 milyona yaxın tamaşaçının izləyəcəyi güman edilən debat, nəticədə, namizədlərdən birinin yarışda önə keçməsinə səbəb ola bilər.

Müzakirə edilən mövzular bir neçə seqmentə bölünüb.

İŞ YERLƏRİ

İlk seqmentdə ölkədə iqtisadi vəziyyəti və iş yerlərini müzakirə edən namizədlər müxtəlif fərqli məsələləri qabardıb. Hilari Klinton iqtisadiyyatın hər bir vətəndaşa xidmət etməsi, minimal əmək haqqının yüksəldilməsi, iş yerində qender bərabərliyi, gəlirlərin işçilər arasında bölüşdürülməsi və ali təhsildə təhsil haqqı yükünün yüngülləşdirilməsinin iqtisadiyyatın əsas problemləri kimi gördüyünü bildirib.

Donald Tramp isə əsas narahatlıq mənbəyi kimi şirkətlərin istehsalı ölkədən xaricə çıxarmalarını, ölkəyə ziyan vurduğunu iddia etdiyi xarici ticarət razılaşmalarını və korporativ vergilərin indiki 35%-dən 15%-ə endirilməsinin vacibliyini qeyd edib.

Buna da bax: CANLI Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

Klinton rəqibinin vergi təklifinin yalnız varlı təbəqə üçün sərfəli olacağını və bunun tarix boyu heç vaxt nəticə vermədiyini, əksinə, orta təbəqəyə ziyan vuracağını iddia edib. Ölkəni 21-ci əsrin bərpa olunan enerji superdövləti kimi görmək istədiyini deyən Klinton, bu sahənin də əhəmiyyətini vurğulayıb.

Tramp Klintonun dəstək verdiyi ticarət razılaşmalarının ölkənin ziyanına olduğunu və uzun müddət ərzində Klintonun da daxil olduğu administrasiyanın bunu dəyişmək üçün heç bir addım atmadığını deyib.

Namizədlər bir-birinin xarici borc strategiyalarını məsuliyyətsiz adlandırıb.

Tramp ...ölkəni bir biznes kimi idarə edəcəyini bildirib. Cavab olaraq, Klinton, Trampın biznesinin altı dəfə müflis olduğunu xatırladıb.

SİLAH VƏ AFRO-AMERİKALILAR

İkinci seqment son vaxtlar diqqət mərkəzində olan irqi problemlərə toxunub. Hər iki namizəd problemlərin mövcudluğunu qəbul etsə də, bu məsələyə yanaşmaları da fərqlənib.

Klintona görə ölkədə irqi qeyri-bərabərlik var və bu, digər sahələrlə yanaşı, təhsil və ədliyyədə özünü daha çox göstərir. Bunun həll edilməsi və qarşılıqlı etibarın qazanılması üçün isə polisin əhali ilə daha sıx ünsiyyətdə olmasını vacib sayıb. Əhalinin əlində həddən çox silah olmasını da problemin səbəblərindən biri kimi qeyd edib.

Tramp polis-icma münasibətlərinin vacibliyi məsələsində Klintonla razılaşsa da, diqqəti qara və latino icmalarında cinayətlərin qeyri-proporsional dərəcədə çox olmasına yönəltməyə çalışıb. Cavabında Klinton onu bu icmalara qarşı mənfi rəy yaratmaqda günahlandırıb. Klinton hər bir vətəndaşın hüquqlarının toxnulmazlığının vacibliyindən vurğulayıb.

Buna da bax: 'Günəşli' yatağında yanğın

Fərdi silah məsələsinə qayıdan hər iki namizəd hər-hansı şübhə altında olan şəxslərin silah əldə etməsinə məhdudiyyət qoyulmasını ədələtli hesab edib.

XARİCİ SİYASƏT

Növbəti segment ölkənin xarici təhlükəsizliyinə həsr edilib və kiber hücumlar əsas problemlırdən biri kimi qeyd edilib. Klinton bu təhlükənin həm fərdlər, həm də dövlətlərdən gələ biləcəyini, və Rusiyanın bu dövlətlərdən biri olduğunu açıq şəkildə bildirib. Namizədə görə, Tramp, Rusiyanın bu siyasətinə baxmayaraq president Putinə rəğbətlə yanaşır.

Klinton bu (kiber) təhlükənin həm fərdlər, həm də dövlətlərdən gələ biləcəyini, və Rusiyanın bu dövlətlərdən biri olduğunu açıq şəkildə bildirib.

Kiber hücumların cavabında bundan sonra daha sərt addımlar atəlacağını deyən Klinton, Rusiyanı bu cür əməllərdən çəkinməyə çağırıb. Tramp Rusiyanın hücumlarda iştirakının sübut edilmədiyini söyləsə də, sərt cavab addımlarının vacibliyində Klintonla razılaşıb.

İŞİD barədə mübahisədə Tramp Klintonon fəaliyyətinin bu terror təşkilatının yaranmasına səbəb olduğunu, Klinton isə Trampın problemin həlli üçün heç bir konkret planının olmamasını iddia edib.

Tramp ölkəni xarici müdaxilələrdən uzaq tutacağını və hərbi qoruma müqabilində müttəfiqlərinin də ABŞ üçün nəsə etməli olduqlarını, Klinton isə, hər şeyə rəğmən, ölkənin hərbi müttəfiqlik razılaşmalarına sadiq qalacağını bəyan edib.

Nüvə silahları ətrafında mübahisə daha qızğın keçib. Klinton Trampın hətta nüvə müharibəsi başlaya biləcəyini iddia edib. Tramp isə nüvə silahını mövcud ən böyük global təhlükə hesab etdiyini və bu səbəbdən də güclü nüvə dövləti olmağın vacibliyindən deyib.

Debatın sonunda Klinton opponentinin qadınlar barədə dəfələrlə istifadə etdiyi xoşagəlməz ifadələrini yada salıb.

Namizədlərin növbəti debatı Oktyabrın 9-da Lonqvud universitetində keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG