Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:27

Avropalıların müsəlmanlara münasibəti pisləşib- [Rəqəmlər]


Polşada miqrantlara qarşı aksiya, 2015
Polşada miqrantlara qarşı aksiya, 2015

-

Son bir ildə Avropanın, müsəlman azlığı ilə onsuz da çətin olan münasibətləri daha da pisləşib.

Müsəlman ölkələrindən Avropaya axışan mühacir və qaçqınlar immiqrasiya ilə bağlı qızğın mübahisələrə səbəb olub.

Bu mübahisələrin hətta Britaniyanın Avropa Birliyindən çıxmaq barədə qərar verməsinə də təsiri oldu. Eyni zamanda radikal islamçı qruplar Fransa və Belçikada dağıdıcı terror aktları törədiblər.

Pew Tədqiqat Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, 2016-cı il ərzində Avropa dövlətlərində müsəlmanlara qarşı mənfi münasibət daha da güclənib.

Britaniyada bu rəqəm 9 faiz artaraq 29 faizə çatıb. İspaniya və İtaliyanın hər birində bu göstərici səkkiz faiz artaraq müvafiq olaraq 50 və 69 faiz olub. Yunanıstanda isə müsəlmanlara qarşı mənfi münasibət 2014-cü ildən bəri 12 faiz artaraq 65 faiz olub.

Sorğunun keçirildiyi 10 ölkədə rəyi soruşulanların ortalama 59 faizi düşünür ki, qaçqınların sayının artması ölkədə terror ehtimalını artıracaq. Bu rəqəm qaçqınların gəlişi ilə iqtisadi problemlərin və cinayətkarlığın artmasına dair narahatlığı göstərən rəqəmdən daha yüksəkdir.

Macarıstanda respondentlərin 76 faizi qaçqınları terrorizmlə əlaqələndirib. Polyakların isə 71 faizi eyni fikirdə olub. Sorğunun keçirildiyi ölkələr arasında bu məsələ ilə bağlı ən aşağı faiz İspaniyada görünüb. Amma hətta bu ölkədə belə respondentlərin 40 faizi qaçqınları terrorizmlə əlaqələndirir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Briyaniyada müsəlmanlara qarşı mənfi fikirdə olan respondentlərin 80 faizi hesab edir ki, qaçqınlar terror təhlükəsi daşıyır. Müsəlmanlara qarşı münasibəti müsbət olanların yalnız 40 faizi bu fikirdədir.

Pew Mərkəzinin apardığı tədqiqatın nəticələrinə görə, daha çox sağçı baxışlara malik insanlar həm müsəlmanlar, həm də qaçqınlar haqda daha mənfi fikirdədirlər. Bunların arasında Britaniyada Müstəqillik Partiyası, yaxud Fransada Milli Cəbhə kimi ifrat sağçı, yaxud populist partiyaların təəssübkeşləri xüsusilə seçiliblər. Ən mənfi münasibəti onlar göstərirlər.

Sorğunun keçirildiyi bütün ölkələrdə yaşlı insanlar və təhsil səviyyəsi aşağı olanların da müsəlmanlara və qaçqınlara münasibəti daha mənfidir. Gənclər və daha yüksək təhsil səviyyəsi olan insanlar isə, əksinə, müsəlmanlara müsbət yanaşırlar. Yüksək təhsil almış insanlar həm də inanırlar ki, onların ölkələrində irqlərin, etnik qrupların və millətlərin müxtəlifliyi müsbət bir şeydir. Onların bu məsələdə də baxışları daha az təhsil görmüş insanlarla ziddiyyət təşkil edib.

"Avropanın müsəlmanları: "özgə" avropalılar" kitabının müəllifi H.A. Hellyer deyir ki, sorğunun nəticələri təəccüb doğurmur.

Onun sözlərinə görə, bu müzakirə əsasən sağçılardan qaynaqlanır. Avropanın solçu qüvvələri isə buna qarşı çıxır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG