Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:04

Azərbaycan bu il cəmi 2 ailəyə qaçqın statusu verib


Azərbaycan Dövlət Miqrasiya Xidməti 2016-cı ilin sentyabrına olan məlumata görə ölkədə 2908 qanunsuz yaşayan xarici miqrant aşkar edib.

Onlardan 2109 nəfəri ölkədən deportasiya edilib. Daha 202 əcnəbi cərimələnib, lakin ölkədə qalmaları leqallaşdırılıb.

Bu arada Avropa İttifaqının nümayəndə heyəti Azərbaycanda miqrasiya sahəsində danışqılar aparıb. Avropalıları ilk növbədə Azərbaycanın Avropa İttifaqı ilə birlikdə imzaladığı hərəkət planına nə dərəcədə riayət etməsi maraqlandırırdı.

Miqrasiya məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı deyir ki, Azərbaycanda miqrantlarla bağlı Avropanın hərəkət planı olmadan da qanunvericiliyikdə kifayət qədər sənədlər var.

Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Başqa ölkədən miqrant qəbul edilməsi hələ Azərbaycanın imkanları xaricindədir:

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov da Azərbaycanın Dağlıq Qarabağ problemini önə çəkir. Onun sözlərinə görə, hökumət hazırda 1 milyondan artıq qaçqın və məcburi köçkünün, başqa sözlərlə miqrantın problemi ilə məşğuldur.

Azər Allahverənov bildirir ki, Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var. Yaxşı olardı ki, Avropa Azərbaycanın təcrübəsindən və bu problemlərin həlli modelindən yararlansın:

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Pərviz Əliyev isə bildirir ki, Azərbaycanda miqrantlarla bağlı problem kifayət qədərdir.

Ekspert deyir ki,Azərbaycanda qaçqın statusu demək olar, heç kimə verilmir. Bu il ərzində Dövlət Miqrasiya Xidməti cəmi 2 ailəyə qaçqın statusu verib:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG