Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:23

ATƏT-in Minsk Qrupu bəyanat verdi


ATƏT
ATƏT

-

ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr mayın 16-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serzh Sarkisian arasında keçirilmiş görüşün yekunlarına dair birgə bəyanat yayıblar.

Bəyanatı ABŞ-ın dövlət katibi John Kerry, Rusiyanın xarici işlər naziri Sergei Lavrov və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir verib.

AZƏRTAC-ın xəbərinə görə, bəyanatda onlar münaqişənin hərbi yolla həllinin mümkünsüz olduğunu vurğulayıblar. Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişinə hörmət etməyə çağırıblar.

Bəyanatda qeyd edilir ki, prezidentlər atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını vurğulayıblar.

Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması ilə bağlı razılıq əldə edilib. Eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi də razılaşdırılıb.

Bəyanatda, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması qeyd edilib.

Prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.

XS
SM
MD
LG