Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:56

'Niyə Nardaran hadisələrinin çəkilişləri təqdim edilmir?'


"Nardaran camaatında da səhv var, hökumətdə də"
Gözlə

No media source currently available

0:00 0:11:42 0:00

"Nardaran camaatında da səhv var, hökumətdə də"

Milli Şura «Nardaran hadisələri»nə görə həbs edilən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadənin məhkəmədəki açıqlamaları ilə bağlı bəyanat verib.

T.Bağırzadə bildirirdi ki, amansız işgəncə yolu ilə ondan Nardaran hadisələrinin arxasında Milli Şura sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin dayanması barədə ifadə almaq istəyiblər.

Bəyanatda ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən hadisələr «Azərbaycan tarixinə qara ləkə» adlandırırlar: «İndi artıq məsuliyyətlə Nardaran hadisələrinin təkcə faciə deyil, həm də ağır cinayət olduğunu deyə bilərik. Soydaşlarımız səriştəsizlik və dövlət məsuliyyətsizliyinin deyil, hakimiyyət orqanları tərəfindən hazırlanmış və amansızlıqla həyata keçirilmiş dəhşətli cinayətin qurbanı olublar».

Nardaran qarşıdurması (1-ci hissə) - Jurnalist araşdırmasının nəticələri

Bəyanat müəllifləri bəzi sual da verirlər: «Niyə terrora qarşı mübarizə kimi təqdim olunan və Daxili İşlər Nazirliyi tərəfindən planlı şəkildə həyata keçirilən əməliyyatın videoçəkilişləri təqdim edilmir?».

Bəyanatda polislərin ölümünə də toxunulur. «Hadisə şahidlərinin iki nəfər polis əməkdaşının qətli ilə bağlı açıqladığı faktlar, onların hücum edən qrupun deyil, dindarların arasında və mülki geyimdə olması ilə bağlı səsləndirilən iddialar hadisənin mahiyyətinə işıq salmaq baxımından çox önəmlidir. Bütün bu və digər müstəsna əhəmiyyət kəsb edən faktlar açıq məhkəmə prosesində, geniş ictimaiyyətin gözü qarşısında dərindən araşdırılmalı və öz ədalətli hüquqi qiymətini almalıdır», - deyə qeyd edilir.

Bəyanatda vurğulanır ki, hakimiyyətin Milli Şuranı ləkələmək istəməsi birinci dəfə deyil: «Azərbaycan hakimiyyətindən bu antimilli təcrübəyə son qoymağı, bu siyasi oyunun qurbanı olan və şərlənərək həbs olunan bütün siyasi məhbusları – Fuad Qəhrəmanlı, Taleh Bağırzadə və digərlərini dərhal azad etməyi tələb edirik».

Nardaran qarşıdurması (2-ci hissə) - Jurnalist araşdırmasının nəticələri

«Müsəlman Birliyi» Hərəkatının rəhbəri T.Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur.

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Nardaran hadisələri zamanı 2-si polis olmaqla 6 nəfərin həlak olduğu bildirilir. Həmin gün T.Bağırzadə və onun 14 tərəfdarının həbs edildiyi söylənir.

Həmin vaxt rəsmi və hakimiyyətyönlü mətbuatda bildirilirdi ki, Nardaran qəsəbəsində dini radikal qüvvələr kök salıb.

T.Bağırzadə isə bu əməliyyatdan əvvəl Nardaran sakinlərinin problemləri ilə bağlı hakimiyyəti sərt tənqid edirdi. Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası verilib.

XS
SM
MD
LG