Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:16

«Əli Kərimli mitinqdə deyir ki, 1988-ci ildən Azadlıq meydanında soyuğun qarşısında mübarizə aparıblar. Ancaq həqiqət bundan ibarətdir ki, 1988-ci ildə Əli Kərimli Bakı Dövlət Universitetində komsomol komitəsinin katibi seçilmək üçün dəridən-qabıqdan çıxırdı. Onun Azadlıq meydanında nə işi vardı? İnsanları aldadan bu cür yalan və böhtan fikirlər səsləndirirlər. Tarixi heç kim saxtalaşdıra bilməz».

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Milli Şuranın keçirdiyi mitinq qanunun tələblərinə uyğun deyil: «Çünki referendum dövründə anti-referendum təbliğatı aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək lazımdır. Ancaq bunlar imza toplaya, qeydiyyatdan keçə bilməyiblər, ancaq referendum əleyhinə çıxışlar edirlər. 2Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunda da göstərilib ki, heç kim təhqir oluna bilməz, etnik-dini çağırışlar olmamalıdır. Ancaq hamı şahid oldu ki, mitinqdə bu cür çağırışlar oldu».

Buna da bax- 'Monarxiyaya yox!' Milli Şuranın ikinci mitinqi

S.Novruzovun sözlərinə görə, mitinqə xalq yox, yalnız təşkilatçıların yaxınları toplaşıb: «Bu gün bütün əhali Milli Şuranın biabırçı mitinqinin şahidi oldu. Orda jurnalistlər və polisləri çıxdıqda, 600-700 adam var ki, bunların da bəzilərinin qohum-əqrəbaları dini-ekstremist hərəkətlərlə bağlı həbs edilib. Digərləri isə mitinq təşkilatçılarının qohum-əqrəbalarıdır. Yerdə qalan insanlar mitinqə pulla gəlmişdi, özləri də bunu etiraf edirlər».

O, AXCP sədri Əli Kərimlini də ittiham edib: «Əli Kərimli gah «nurçu» olur, gah demokrat olur, gah da başqa dini qüvvələrə xidmət edir. Onun və ətrafında olanların geyimindən də «nurçu» olduqları bilinir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG