Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:13

Ermənilər milli qoruqda kimyəvi müəssisə yaradırlar


Ermənistan, Dilican, 14 iyul 2015
Ermənistan, Dilican, 14 iyul 2015

Ermənistanın Dilican şəhərində kimyəvi müəssisə yaradılması planlaşdırılır. Bu məsələ artıq iyunun 16-da hökumətin müzakirəsinə çıxarılıb. İqtisadiyyat naziri Artsvik Minasyanın sözlərinə görə, söhbət ancaq sabun, parfümeriya və kosmetik vasitələrin istehsalından gedir.

«Bu məsələ bütün maraqlı tərəflərlə müzakirə edilib və artıq uzun zamandır ki,müxtəlif istiqamətlərdə iş aparılır», - nazir Minasyan söyləyib.

Ancaq nazir bir məsələyə aydınlıq gətirməyib: niyə kimyəvi müəssisə ölkənin məhz kurort-səhiyyə mərkəzlərindən birində yaradılmalıdır?

BEYNƏLXALQ MƏDƏNİ-TƏDRİS MƏRKƏZİ VƏ KİMYƏVİ MÜƏSSİSƏNİ NƏ BİRLƏŞDİRİR?

Düzdür, hökumət Ermənistanın kurort mərkəzlərindən birində kimyəvi müəssisə yaradılmasını Dilicanı inkişaf etdirmək istəyi ilə izah edir. Bu yolla bölgəyə investisiyalar qoyulmasını stimullaşdırmaq və yeni iş yerlərinin açılmasına nail olmağa çalışdıqlarını bildirirlər: «Dilicanın beynəlxalq mədəni-tədris mərkəzinə çevirmək məqsədilə şəhərdə şəhərsalma və memarlıq prinsiplərinə uyğun olmaqla, tarixi-mədəni dəyərləri saxlamaqla sağlam və cəzbedici mühit yaradılması planlaşdırılır. Bunun nəticəsində də investisiyalar üçün yaxşı şərait yaradılacaq».

Dilicanı beynəlxalq miqyasda mədəni-tədris mərkəzinə çevirmək üçün də hökumət faktiki olaraq orada sabun zavodu yaradılmasına icazə verir.

AzadlıqRadiosu-nun erməni xidməti iqtisadiyyat nazirliyinə bununla bağlı bir neçə sual ünvanlasa da cavab ala bilməyib.

ŞƏHƏR MERİNİN XƏBƏRİ YOXDUR

Dilican şəhərinin meri Armen Santrosyan hökumətin bu qərarından xəbərsiz olduğunu, öncədən məlumatlandırılmadığını bildirib. Radionun erməni xidmətinə telefon müsahibəsində Santrosyan deyib ki, əgər hökumət belə bir qərar veribsə, deməli, o nə etdiyinin fərqindədir. Mer buna ümidvar olduğunu söyləyib.

Sabun zavodunun tikilməsi ilə mədəni-tədris mərkəzinin yaradılması fikri bir-biri ilə ziddiyyət təşkil etmirmi? Mer bununla bağlı suala belə cavab verib ki, bu haqda danışmaq hələ tezdir. «Mən düzü, bilmirəm, ərazi harada ayrılacaq və söhbət hansı proqramdan gedir».

«TULLANTILAR EKOSİSTEMƏ MƏNFİ TƏSİR GÖSTƏRƏCƏK»

«Ekolur» ictimai təşkilatının rəhbəri İnqa Zarafyan hökumətin yeni yaradılacaq kimyəvi müəssisənin «Dilican» milli parkına hər hansı təsiri olmayacağı haqqda dediklərini «qeyri-ciddi» sayır.

«Mən xəritəni göstərmək istəyirəm: burda «Dilican» milli parkının sərhədləri dəqiq göstərilib, Dilican şəhərinin bu milli parkın tən ortasında yerləşməsi çox aydın görünür və düz onun yaxınlığında endemik və Qırmızı kitaba salınmış heyvan növlərinin populyasiyasının baş verdiyi ərazini görürük», - İnqa Zarafyan deyir.

Ekoloqun sözlərinə görə, bu gün sabun və kosmetika istehsalı sirr sayılmır və müəssisənin tullantılarının Dilicanın ekosisteminə mənfi təsir göstərəcəyi aydın məsələdir.

Panarmenian yazır ki, yaradılacaq müəssisə ətraf mühirə zərərli maddə və tullantılar atmayacaq.

Belə bir müəssisənin fəaliyyəti yeni iş yerlərinin yaradılmasına səbəb olacaq və burda başlanğıcda 380-420 dollar arasında əmək haqqı veriləcək.

news.am saytı yazır ki, Dilicanda hətta sovet dönəmində də kimyəvi istehsal müəssisəsi olmayıb. Respublikanın başqa şəhərlərində qurulmuş kimyəvi zavodlarsa Sovet İttifaqının süqutundan sonra bazarını itirdiyinə görə özü-özünə dağılmağa başlayıb.

2000-ci illərdə respublikada iki böyük kimyəvi müəssisə fəaliyyət göstərməkdə idi: «Nairit» və «Vanadzor». Hər iki müəssisə 3-4 il öncə işini dayandırmalı olub. Buna səbəb çətin dövrünü yaşayan bu qurumlara dövlətin yardım etməməsi idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG