Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

Parlamentdə Rusiya əleyhinə çıxışlar- VİDEO


Milli Məclisin iclasında son vaxtlar Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxmaq təklif olunub.

APA-nın xəbərinə görə, Qüdrət Həsənquliyev bildirib ki, son günlər Rusiyanın Ermənistana «Iskander» raket kompleksləri verməsi, prezident Sarkisian-ın Moskvaya dəvət olunması və oradan Azərbaycanı hədələməsi artıq Bakının ciddi mövqe ortaya qoymasını tələb edir:

«İŞĞALÇI ÖLKƏNİN ARXASINDA DAYANAN ELƏ RUSİYADIR»

«Arxasında Rusiyanın ona verdiyi «Iskander» raketini hiss edib, belə «cəsarətlə» çıxış etməyə başlayıb. Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Mən də dəfələrlə bəyan etmişəm ki, Rusiya ilə münasibətlərimizi inkişaf etdirməliyik. Amma o da bəllidir ki, Qarabağ münaqişəsinin həllində Rusiya vasitəçi olduğu kimi, işğalçı ölkənin də arxasında dayanan elə Rusiyadır. Rusiya-Ermənistan münasibətlərinin bu səviyyəsi Rusiya-Azərbaycan münasibətlərinə uyğun gəlmir. Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğu bəyan edilsə də, reallıq bunun əksini sübut edir. Artıq buna göz yummaq olmaz. Rusiyaya açıq müraciət edərək münasibətlərə aydınlıq gətirməliyik».

Deputatın fikrincə, əgər Rusiya Azərbaycanla münasibətlərini həqiqətən strateji tərəfdaşlıq səviyyəsində qurmaq istəyirsə, Qarabağ münaqişəsində obyektiv və bitərəf mövqe nümayiş etdirməlidir:

«AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNƏ YENİDƏN BAXILMALIDIR»

«Belə olmayacaqsa, Azərbaycan-Rusiya münasibətlərinə yenidən baxılmalıdır. Rusiya Azərbaycana münasibətini dəyişməzsə, o zaman Azərbaycan İsrail, Pakistan və digər ölkələrlə daha çox yaxınlıq etməlidir».

Fazil Mustafa da qeyd edib ki, Rusiyaya məxsus «Mir» telekanalı Azərbaycanda sərbəst yayımlansa da, bir dəfə də onun efirində ölkənin ağrılı problemindən – torpaqların işğalından danışılmır: «Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk, bir dəfə də olsun orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Amma Ermənistan bürosu o ölkənin problemlərini daim işıqlandırır. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?!».

Rasim Musabəyov isə Rusiyaya sərt çıxışlara etiraz edib. O, deyib ki, əksinə, bu ölkə ilə daha yaxın, dost münasibətlər qurmaq lazımdır.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Rusiya, Fransa və ABŞ həmsədr ölkələrdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG