Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:21

Fransanın müxalifət partiyası Rusiyadan 27 milyon kredit istədi


Marine Le Pen Moskvaya səfər zamanı. Dövlət Dumasının spikeri ilə görüş öncəsi. 26 may, 2015

Marine Le Pen Moskvaya səfər zamanı. Dövlət Dumasının spikeri ilə görüş öncəsi. 26 may, 2015

►İki il əvvəl Le Pen Kremldən 9 milyon avro istəyib və pulu alıb...

The Times qazeti yazır ki, Marin Le Penin başçılıq etdiyi Fransanın sağ təmayüllü radikal Milli Cəbhə Partiyası Rusiyadan maliyyə yardımı istəyib.

Qəzetin partiyanın xəzinədarına istinadən yaydığı məlumatda deyilir ki, bu pulun 12 milyon avrosu Le Penin seçki kampaniyasına, 15 milyon avrosu isə partiyadan olan deputatların parlamentə yenidən seçilməsinə xərclənəcək.

Partiya Rusiyaya müraciətini Fransa banklarının ona borc verməkdən imtina etməsi ilə izah edib.

Rusiya prezidentini mətbuat katibi Dmitriy Peskov bildirib ki, Kreml, hələ ki, "Milli Cəbhə"nin müraciəti barədə məlumatsızdır.

Fransada keçən ilin sonunda keçirilən yerli seçkilərdə kifayət qədər uğurla iştirak edən "Milli Cəbhə" ikinci turda eyni uğuru qazana bilməyib və partiya bütün regionlarda sosialistlərə uduzub.

"Milli Cəbhə"nin artıq 2014-cü ildə Rusiyadan 9 milyon avro məbləğində kredit aldığı bildirilir.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Məbləğ Rusiyanın güc strukturları ilə sıx əlaqədə olduğu deyilən çex-rus bankı vasitəsilə təqdim olunub.

Le Pen Rusiya Dumasında, 2015

Le Pen Rusiya Dumasında, 2015

"Milli Cəbhə" Avropa Birliyi ideyasına qarşı olan ("avroskeptiklər") partiyalar arasında Kremlin dəstəklədiyi yeganə partiya deyil. Bu yaxınlarda məlum olub ki, Çexiyada da Rusiyadan maliyyə yardımı almağa ümid edən putinpərəst hərəkat yaradılmaqdadır.

Məlum olduğu kimi Yunanıstanın keçmiş baş naziri Aleksis Tsipras və Macarıstanın baş naziri Viktor Orban da Putinin Avropadakı dostları sırasına aid edilir. Bu siyasətçilərin hamısı sağ radikal baxışlara malikdir və Avropa Birliyinin ayrı-ayrı dövlətlərin işlərinə müdaxiləsinə qarşı çıxırlar.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG