Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

Ən təhlükəsiz mesencer hansıdır?


Mesencerlər
Mesencerlər

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı istifadəçilərinin onlayn təhlükəsizliyini, söz azadlığını – şəxsi bilgilərinin gizliliyini qoruyan ən yaxşı mesencerlərin – mesajlaşma sistemlərinin siyahısını dərc edib.

İLK YERLƏR

«Amnesty International»ın konfidensiallıq reytinqində 11 şirkətin adı çəkilir. Siyahıda ilk yerləri «Facebook Messenger» və «WhatsApp» tutub. Birlikdə 2 milyard istifadəçisi olan bu şirkətlər istifadəçilərin təhlükəsizliyini qoruduqlarına görə 100 maksimum baldan 73-nü alıblar.

«Apple iMessage», «Facetime» və «Telegram» 67 balla ikinci yerdədir. 3-cü yeri «Google»un mesencerləri – «Allo», «Duo» və «Hangouts» (53 bal) tutub.

Azərbaycanda geniş istifadə olunan xidmətlərdən «Line» və «Viber»in istifadəçilərin təhlükəsizliyini qorumaq qabiliyyəti 47 balla, «Skype»ınkı 40 balla qiymətləndirilib.

«Amnesty International» bildirir ki, bu qiymətlər və araşdırma istifadəçilər arasında rabitənin daimi təhlükə altında olduğunu göstərir. Bu təhlükəni yaradanlar kiber-cinayətkarlar, kinli hakerlər və ədalətsiz hakimiyyət casuslarıdır. Qurum, özəlliklə, şəxsi məlumatlarını yayan gənclərin, siyasi fəalların və jurnalistlərin təhlükəyə məruz qaldıqlarını deyir:

«ETİMADI İTİRİRLƏR»

«Çoxları bu «apps»lərə etibar edir, şəxsi həyatları haqda gizli məlumatları paylaşırlar. İnformasiyalarımızı qorumaqdan ötrü vacib tədbirləri görməyən şirkətlər etimadı itirirlər».

Şirkətlərin siyahısı hazırlanarkən təşkilat mesencerlərin «end-to-end» şifrələməsinin tətbiqinə xüsusi diqqət edib. Çünki məhz bu tətbiqetmə istifadəçilərin foto, video və yazışmalarını üçüncü tərəfin açmasına imkan vermir.

«Amnesty International» bütün kommunikasiya şirkətlərini «end-to-end» şifrələmədən istifadəyə çağırır. Təşkilat həmçinin, texniki şirkətləri öz istifadəçilərinə mesencer xidmətlərinə tətbiq olunan şifrələmələrin səviyyəsi haqda ətraflı bilgi verməyə səsləyir.

XS
SM
MD
LG