Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:17

Məzənnə yeni qayda ilə müəyyən ediləcək


Oktyabrın 5-nə (2016) olan mübadilə məzənnəsi

Oktyabrın 5-nə (2016) olan mübadilə məzənnəsi

Mərkəzi Bank yeni hərrac mexanizminin tətbiqi barədə qərar qəbul edib.

Bu valyuta bazarında kommersiya banklarının daha çevik iştirakına şərait yaratmaq məqsədi ilə izah edilir.

MB-dən verilən məlumata görə, yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir: “Blumberq ticarət sisteminin yeni platformasında təşkil olunan bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısının elan etdiyi ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra hərrac gedişatında ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir. Sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır”.

Buna da bax:​ Hərracda 61 milyon dollar satılıb

Məlumatda qeyd edilir ki, növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunacaq. Hər iş gününün sonuna ictimaiyyətə açıqlanacaq: “Hərrac olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək”.

Bu gün – oktyabrın 5-də MB-də Dövlət Neft Fondunun da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirib: “Hərracda 1 ABŞ dolları 1,6035 AZN məzənnəsi ilə yekunlaşıb”.

Buna da bax:​ Bankların manatla bağlı Mərkəzi Banka inanmamaqlığı...

Azərbaycan Mərkəzi Bankı oktyabrın 4-də açıqladığı rəsmi məzənnəyə görə, bu gün oktyabrın 5-də bir dollar 1,6115 manata bərabər olmuşdu.

Bu vaxta qədər məzənnəni Milli Bank özü ayrılıqda müəyyən edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG