Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Türkiyənin energetika naziri: 'Metsamor AES bağlanmalıdır'


Metsamor Atom Stansiyası

Metsamor Atom Stansiyası

«Metsamor Atom Elektrik Stansiyası qonşu ölkələrə təhlükə törətdiyindən qapadılmalıdır». Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak belə deyib. O bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) Vyanada keçirilən əsas konfransında dilə gətirib.

TÜRKİYƏNİN «ANADOLU» AGENTLİYİ XƏBƏR VERİR Kİ...

Albayrak həmin stansiyanın 47 il əvvəl tikildiyini və artıq istismara yararsız olduğunu bildirib. O qeyd edib ki, qoruyucu qurğuları olmayan bu atom elektrik stansiyası Türkiyə sərhədindən cəmi 16 kilometr aralı yerləşir və təkcə Türkiyəyə deyil, Ermənistanın digər qonşularına da təhlükə törədir.

Türkiyəli nazir MAGATE üzvlərini buna bənzər atom stansiyaları ilə bağlı məsələlərə daha diqqətli yanaşmağa çağıraraq deyib: «Metsamor AES bağlanmalıdır. O, seysmik zonada yerləşir və region ölkələrinə, özəlliklə Türkiyəyə təhlükə mənbəyidir. Dünya və region Çernobıl qəzasından sonra ikinci atom fəlakətinə yol verə bilməz».

«ENERJİNİZİ METSAMOR AES-Ə ETİRAZLARA SƏRF ETSƏNİZ...»

Berat Albayrak Metsamor Atom Stansiyasını qapatmaq məsələsinə daha öncə də diqqət çəkib. Ötən ilin aprelində bir qrup fəal Türkiyədə yeni nüvə stansiyalarının tikilməsinə etiraz etmiş və nazir onları öz etirazlarını Ermənistandakı atom stansiyasına yönəltməyə çağırmışdı: «Öz enerjinizi Metsamor AES-ə etirazlara sərf etsəniz, Türkiyəyə daha böyük xidmət göstərmiş olarsınız. Çünki ora bütün regiona təhlükə törədir».

Berat Albayrak-ın sələfi Taner Yıldız da dəfələrlə Metsamor AES-in istismarına qarşı çıxış edib. O, ötən ilin mayında ekoloqları İqdırda etiraz aksiyası keçirməyə çağırmışdı...

Metsamor Atom Elektrik Stansiyası 1970-ci illərdə tikilib. Stansiya 1988-ci ildə baş vermiş dağıdıcı Spitak zəlzələsindən sonra bağlansa da, 1995-ci ildə yenidən istismara verilib.

AES Ermənistanda istehsal olunan elektrik enerjisinin, ortalama, 30 faizini verir.

Bu il sentyabrın 20-dən stansiyada təmir işlərinə başlanıb və AES-in işi müvəqqəti dayandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG