Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:07

Bakı metrosuna qorxmadan girmək olar?


►DİN “vəziyyətin nəzarət altında” olduğunu deyir

“Metroda basabas olur, oturmağa yer tapmırsan”.

Bunu Bakının 28 may metrostansiyası yaxınlığında söhbət etdiyimiz Rizvan dayı deyir. O, Bakı metrosunda özünü təhlükəsiz sayır, deyir ki, əsas narazılığı rahat gedib-gəlməməklə bağlıdır:

“Adam çoxdur, bir dolu qatarı yola salırsan, o birisinə minmək istəyirsən, görürsən, o biri gələnə qədər adam çoxaldı”.

Bakının 28 may metrostansiyasının girişində əlində detektorla dayanan polis adi çantadan iri olan yükləri yoxlayır. Amma heç də hər kəs yoxlanmır. Əslində hər kəsi bir-bir yoxlasalar, metrostansiyasının qarşısında uzun növbələrin yaranması mümkündür. Çünki içəri sərnişinlər bəzən tək-tük girsə də, əksər hallarda, 6-7 nəfər birdən daxil olur. Girişdə sərnişinlərin keçməsi üçün yoxlama cihazı qoyulsa da, deyəsən, hələ işləmir.

Baş çəkdiyimiz digər metrostansiyalarda da vəziyyət eynidir, polis detektorla gözünə iri dəyən yükləri yoxlayır, səs çıxarsa, yük sahibinə çantanı açmağı xahiş edirlər. Ancaq sərnişinləri həm də təhlükəsizlik kameraları izləyir. Perronlarda isə polis əməkdaşları gözə dəyir.

Bakı metrosunda rəssamlıq həvəsi

Bir neçə gün qabaq Bakıda havalandırma sisteminin borusu vasitəsilə Bakı Metropoliteninin ərazisinə daxil olmaq istəyən Belarus vətəndaşı saxlanıb. Həmin şəxs metroda şəkillər çəkmək istəyirmiş.

Bundan əvvəl isə Brüsseldə aeroportla yanaşı metro stansiyasında da terror baş vermişdi.

Brüsseldəki partlayışlar (Fotolar)

Hadisələr Bakı metrosunda təhlükəsizliyin necə qorunması sualını aktuallaşdırıb.

AzadlıqRadiosunun müxbirlərinin bir neçə metrostansiyada müşahidə etdikləri təhlükəsizlik tədbirlərində isə yenilik yoxdur.

“Canlı bombalar”

Sərnişin Nərmin Ağayeva deyir ki, Türkiyədə, Belçikada terroru “canlı bombalar” törətdiyindən artıq sərnişinlərin təkcə yükü yox, özlərinin də yoxlaması vacibdir:

“Bəlkə kimsə bombanı belinə bağlayıb? Soyuq aylardı, hamı gödəkcədə, paltodadır. Məncə, polis artıq hər kəsi yoxlamalıdır”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bakı metrostansiyalarında təhlükəsizliklə bağlı əlavə hansı tədbirlər görülür?

Bakı Metropolitendə polis şöbəsindən sualımızı yalnız Daxili İşlər Nazirliyinin cavablandıra biləcəyini dedilər. DİN-in mətbuat xidmətindən isə yalnız onu bildirdilər ki, “vəziyyət nəzarət altındadır”.

“Metrostansiyalarda təhlükəsizlik tədbirləri gücləndirilib”

Keçmiş polis zabiti Mahmud Hacıyev paytaxt metrostansiyalarında polisin gücləndirilmiş iş rejimində çalışdığını hesab edir. Onun fikrincə, əvvəlki illərlə müqayisədə indi təhlükəsizlik tədbirləri artırılıb:

​Keçmiş polis zabiti hər bir sərnişinin yoxlanmasını vacib saymır, deyir ki, peşəkar polis əməkdaşları adamların davranışından, geyimindən vəziyyəti anlaya bilirlər:“Brüssel terrorundan əvvəl də artıq bizim metrolarda təhlükəsizlik tədbirləri gücləndirilmişdi, daha diqqətlə və məsuliyyətlə yoxlanış var”.

“Peşəkar polis geyimin altında naməlum predmetin olub-olmadığını müəyyənləşdirə bilir. Ancaq müşahidə etmişəm ki, bəzən adamları da yoxlayırlar”.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzadlıqRadiosuna bildirdi ki, adamları yoxlayan aparatlar “28 may”la yanaşı “Koroğlu”və “20 yanvar” metrostansiyalarında qoyulub.

Daha az interval, hələlik, alınmır

Müsahibimiz deyir ki, sərnişinlərin mənzil başına rahat çatmasından ötrü bir sıra işlər aparılır:

“Havalandırma sistemimizdə çoxlu yeniliklər etmişik, bir neçə şaxta tam təmir olunub, yeni ventilyatorlar quraşdırılıb, bütün ventilyatorlar tək-tək yoxlanır. Hazırda ventilyasiya sistemi əvvəlki illərdən yaxşıdır”, o əlavə edir.

Nəsimi Paşayev deyir ki, qatarlarda basabasın qarşısını almaq məqsədilə interval azaldılmalıdı, ancaq hələ ki, buna imkan yoxdur: “Yaşıl və qırmızı xətlərimiz 28 may stansiyasında kəsişdiyindən bundan aşağı interval vermək olmur. Gələcəkdə 28 mayda xətlərin ayrılması üçün yeni tunel tikiləcək, bundan sonra intervalı azaltmaq olacaq”.

Buna da bax: İntiqam Əliyev: "Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm"

İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG