Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Sakinlər: «Metro istifadəyə veriləndə xeyli sevindik...»


Metronun «Avtovağzal» metrostansiyası tikilərkən
Metronun «Avtovağzal» metrostansiyası tikilərkən

-

«Evin altında tunel qazırlar, divarlarımız aralanıb, həyətimizin hasarı dağılıb...»

Keçmiş Motodrom ərazisindəki yaşayış massivinin sakinləri yaxınlıqda tikilmiş «Avtovağzal» metrostansiyasının hazırda inşa edilməkdə olan deposuna görə əziyyət çəkirlər. Bu barədə AzadlıqRadiosu-na sakinlər özləri danışırlar. Hafiz Mehrəliyev deyir, metro stansiyası üçün tikilən depoya görə evsiz qalmaq təhlükəsiylə üzləşiblər:

«Qonşunun həyətinin hasarı uçub. Evimin divarları yarıq»yarıqdır. Burda bir qonşu da var, həyətindən beton fəvvarə vurur. Fəhlələr olduqca qeyri peşəkar işləyirlər. Zərəri də bizə dəyir. Ancaq söhbət təkcə fəhlələrin necə işləmələrindən getmir, ümumiyyətlə, tunellə məsafəmiz çox azdır. Hələ istifadəyə verilməyib, yerin altından gələn uğultudan evdə otura bilmirik».

MƏSAFƏ – CƏMİ 4 METR

Başqa sakin Rüfət Əhmədov deyir, metro istifadəyə veriləndə xeyli sevinib. Ancaq sevinci uzun sürməyib:

«Düzdür, metro xeyli əlimizdən tutur. O barədə sağ olsunlar. Ancaq bəs əmlaklarımız necə olsun? Hər gün hissə»hissə dağılır gedir. Bizə bir çarə etsinlər».

Sakin deyir, evi tamamilə qəzalı vəziyyətə düşüb. Çarəni də onda görür ki, ya onları başqa yerə köçürsünlər, ya tuneli elə qazsınlar ki, evlərinin altına düşməsin, ya da gəlib evlərini söküb təzədən tiksinlər. Sakinlərin deməsinə görə, qazılan tunellə evlərinin altındakı məsafə vur»tut 4 metrdir:

«Bu o deməkdir ki, gələcəkdə qatarlar hərəkət etdikcə evlərimiz də dağılmaqda davam edəcək. Şəxsən mənim evim düz tunelin üstündədir. Gələcəkdə burada bir uçqun olmayacağına, daş»kəsək altında qalmayacağımıza zəmanət verən varmı?»

«EVLƏRİ ELƏCƏ QUTU KİMİ TİKİB SATIBLAR CAMAATA»

«Metropoliten» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, Xocahəsən qəsəbəsinin giriş hissəsində metronun bənövşəyi xəttinin deposu inşa edilir:

– İki tunel tikilir. Gələcəkdə «Avtovağzal» stansiyasından buraya qatarlar gələcək. Sakinlərin iddiaları əsassızdır. Ən azı ona görə ki, orda tunelin tikintisinə başlanmamışdan da torpaq axıntısı vardı. O evlərin altındakı torpağın quruluşu bərbaddır. Torpaq deyil, palçıqdır. Tunel tikilir və görürük ki, orada necə torpaq axıntısı var.

– Sakinlər şikayət edirlər ki, tunelin tikintisi evlərini qəzalı vəziyyətə salıb.

– Hələ tunel tikintisinə başlamazdan əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə bərabər o əraziyə gedib sakinlərin evlərinə baxış keçirmişdik. 60 evi siyahıya aldıq. Məlum oldu ki, bu evlərin heç fundamenti də yox imiş. O evləri eləcə, qutu kimi tikib satıblar camaata. Evlərin bəzilərində əvvəldən çatlar vardı. Biz həmin evlərin fundamentlərini tökdük, bərkitmə işləri apardıq.

– Tunel qazıntısı evlərə hansı zərəri vurur?

«Metropoliten» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev
«Metropoliten» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev

– Biz belə işləyirik – deməli, tutaq ki, indiyədək tunel qazıntısı 25 evin altından keçib. Hər dəfə qazıntı növbəti evə çatanda sahibi ilə danışıb ailəni köçürdürük. Kirayə pulunu ödəyirik, gedir. Bəli, tuneli qazanda həmin evə zərər dəyir, elə olur ki, hətta ev uçulur. Ancaq həmin evin altında qazıntı işləri başa çatan kimi əgər ev tamam sökülübsə, onu təzədən tikirik, əgər hasarı uçubsa, hasarı tikirik, təmirinə zərər dəyibsə, təmir edirik və sairə. Bu işlər başa çatdıqdan sonra təhvil»təslim aktı ilə sahibinə qaytarırıq. İndiyə kimi 2 ev dağılıb, təzəsini tikmişik, qalan evləri isə təmir etmişik. Hazırda tunel tikintisi 26»cı evə çatıb. Sahibi ilə danışıb köçürəcəyik, sonra təmir, bərpa edib özünə qaytaracağıq.

Nəsimi Paşayev deyir, ərazidə tunel qazıntısı olmasaydı da, həmin evlər gec»tez qəzalı vəziyyətə düşəcəkdi. Çünki əvvəldən ərazi ev tikintisi üçün uğursuz seçilib.

XS
SM
MD
LG