Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Metroya bomba qoyulması xəbərinə görə 5 il cəza


Moskva metrosunda partlayışdan sonra, 29 mart 2010
Moskva metrosunda partlayışdan sonra, 29 mart 2010

Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng edərək, metroya bomba qoyulması barədə məlumat vermiş 39 yaşlı Fəqani İsmayılova bu addımına görə 5 il həbs cəzası kəsilib.

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Orucovun sədrlik etdiyi hakimlər kollegiyası ona hökm oxuyub.

Saray qəsəbəsinin sakini olan Fəqani İsmayılov Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə ittiham olunub.

Buna da bax:​ Metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs həbs edilib

Hökmdə yazılıb ki, hadisə bu ilin fevralında baş verib. Naməlum şəxsin metroya bomba qoyulması xəbərindən sonra araşdırmalar başlanıb. Məlumat təsdiqini tapmadıqdan sonra xəbəri verənin kimliyini müəyyənləşdirməyə çalışıblar. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları "102"yə zəng edənin əslən İmişli rayonundan olan 1977-ci il təvəllüdlü Fəqani İsmayılov olduğunu müəyyənləşdirib.

O, məhkəmədə ifadə verərkən əməlindən peşman olduğunu deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG