Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01

Meteoriti tapana 20 min dollar mükafat vədi


-

ABŞ-ın Meyn ştatı ərazisinə kiçik meteorit düşüb

Ştatın mineralogiya muzeyi meteoritin ən azı bir kiloqramlıq parçasını gətirən şəxsə 20 min dollarlıq mükafat vəd edib.

Meteoritin düşməsini Nyu York, Meyn, Vermont, Nyu Hempşir və Rod Aylənd ştatlarında 400-ədək insan müşahidə edib. Meteoritin atmosferdə buraxdığı parlaq iz videokameralara, o cümlədən də Vermont ştatının Berlinqton beynəlxalq aeroportunun kameralarına düşüb.

Vaşinqtondakı hərbi-dəniz rəsədxanasından Jeff Chester jurnalistlərə deyib ki, meteoritin ölçüsü onlarla santimetr olub. Meyn ştatındakı Mineralogiya muzeyinin mütəxəssisləri meteoritin ştatın şimal-qərbindəki meşəlik əraziyə düşdüyünü ehtimal edirlər.

2013-cü il fevralın 15-də bir meteorit Rusiyanın Çelyabinsk vilayəti ərazisində yerə düşmüşdü. Çelyabinsk meteoritini Ural və Şimali Qazaxıstanda yüz minlərlə insan müşahidə edə bilmişdi. Meteoritin atmosferdə, 30-50 km hündürlükdə yaratdığı güclü partlayışın dalğası Çelyabinsk və ətrafında yüzlərlə evin şüşəsini sındırmışdı.

Bu meteoritin ən iri fraqmentləri Çelyabinskdən 78 km qərbdə yerləşən Çerbakul gölü ətrafına düşmüşdü.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...
Qiyas İbrahimin anası: «O gətirdiklərini mənim yatağıma qoydular»

____________________________________________________________

Günün bütün mövzuları

XS
SM
MD
LG