Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 03:48

-

Lionel Messi bir daha Argentina yığmasının tərkibində oynamayacağını deyir.

Argentina iyunun 27-də Nyu-Yorkda «Copa America» finalında Çiliyə 4-2 hesabıyla uduzub.

Oyunda əsas və əlavə vaxtda qol vurulmayıb, penalti zərbələrini isə Çilinin oyunçuları daha dəqiq yerinə yetiriblər. Messi və Biglia penaltiləri qola çevirə bilməyiblər.

2005-ci ildən şərəfini qoruduğu Argentina yığmasının heyətində Messi 112 oyun keçirib, 55 qol vurub.

Argentina 1993-cü ildən bəri heç bir beynəlxalq turnirdə qələbə çalmayıb.

Messi deyib ki, «mənim üçün yığma komanda bitdi. Dörd dəfə final olub, bu, mənə görə deyil. Cəhd etdim. Ən çox istədiyimi əldə edə bilmədim və düşünürəm ki, bitdi».

Messi və Argentina yığması 2007-ci ildə «Copa America» finalında Braziliyaya, 2014-cü ildə Dünya Kubokunun finalında isə əlavə vaxtda Almaniyaya uduzub. Ötən il isə «Copa America» turnirində yenə penalti zərbələri seriyasında Çiliyə məğlub olub.

29 yaşlı Messi Çempionlar Liqasında «Barcelona»ya dörd dəfə qələbə qazandırıb.

XS
SM
MD
LG