Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

-

Banklardakı əmanətlər 3 il müddətinə limitsiz sığortalandı. Ancaq valyutadan asılı olaraq tətbiq edilən faiz dərəcələri əmanətlərin sığortalanmasına müəyyən sərhəd qoyur.

Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov AzadlıqRadiosunun suallarını cavablandırır.

– Azad müəllim, «Əmanətlərin sığortalanması haqqında» qanuna edilən son dəyişikliklərə görə, bütün əmanətlər sığortalanır, ancaq faiz limiti var. Bu, bir az çaşqınlıq yaratdığından məsələyə aydınlıq gətirə bilərsinizmi?

– Martın 1-də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası belə bir qərar qəbul etdi ki, xarici valyutadakı əmanətlər 3 faizə qədərdirsə, sığortalanmış sayılacaq. Manatdırsa, 12 faizə qədər əmanətlər qorunur. Bu faiz dərəcələrinə uyğun qoyulmuş əmanətlərdə isə məbləğ limiti yoxdur. Biz əmanətçilərə də müraciət etmişik ki, bu dəyişikliyə qədər əmanətçinin 30 min manat ekvivalentinə qədər xarici valyutası 12 faizlə depozitə qoyulubsa, qorunacaq. Məsələn, bir əmanətçi yanvarda iki il müddətinə 10 min dolları 12 faizlə depozitə qoyub. Fond müddət sonuna qədər bu vəsaiti sığortalayır.

– Deməli, 3 faizlik həddi və məbləğ limitini aşan depozitə sahib əmanətçi bankla müqavilələrinə yenidən baxmalıdır?

– Biz seçim vermişik, əgər kiminsə bankda xarici valyutada, məsələn, dollarda əmanəti 30 min manatdan çoxdur və faiz dərəcəsi də bütün əmanətin sığortalanmasına imkan vermirsə, onda əmanətçi faiz dərəcəsini azaldıb bütün əmanətini qorunma altına ala bilər. Əks təqdirdə, sığorta hadisəsi baş verdikdə, əmanətçi depozitinin sığortaya düşən hissəsini alacaq. Yəni, seçim əmanətçinindir.

– Azad müəllim, banklar dalbadal bağlandı. Fondun ödədiyi kompensasiyada son olaraq məbləğ neçədir?

– İndiyə kimi 93 milyon manat ödəmişik.

– Fond ehtiyac yarandığı təqdirdə, Mərkəzi Bankdan borc almağı düşünürdü. Artıq müraciət etmisinizmi?

– Dünyanın hər yerində belə bir təcrübə var ki, Əmanətlərin Qorunması Fondu, lazım olsa, dövlətdən borc ala bilər. Yeni qanunda bu daha aydın göstərildi ki, Fondun vəsaitləri çatmadıqda, Mərkəzi Banka müraciət edir, dövlət də Mərkəzi Banka borcun ödəniləcəyinə dair təminat verir. Biz müraciət etmişik, ancaq hələ sığorta hadisəsi yarandığı təqdirdə ödəməyə vəsaitimiz var. 132 milyon vəsaitimiz vardı, onun 93 milyonunu kompensasiya kimi ödədik. 40 milyonumuz durur. Vəsait tükənənə yaxın borc alacağıq.

– Nə qədər borc alacağınız bəllidirmi?

– Nə qədər yaranacaqsa, o qədər də istəyəcəyik. Hazırda, ümumilikdə, 148 milyona yaxın kompensasiya öhdəliyimiz var.

Günün bütün mövzuları

XS
SM
MD
LG